07.10.2019

“Stalinin qaranlıq keçmişi” filmi beynəlxalq uğur qazanıb

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi İranda keçirilən “International Moving Film Festival”da iştirak edib.

12-ci dəfə keçirilən festivalda 120 ölkədən 3046 film nümayiş etdirilib. “Stalinin qaranlıq kecmişi” sənədli filmi festifalın yarıfmfinalçı sertifikatına layiq görülüb.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

“Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə — Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Koba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnib…

O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. Stalin Bakı qoçularının ətrafında birləşərək, neftxudalardan böyük miqdarda pullar toplayıb.

Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub”. 

Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Eldost Bayram oxuyub

Mənbə modern.az


Digər xəbərlər


Azərbaycan prezidenti və xanımı Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Niza...

Nailə Mirməmmədli direktor təyin olunub

Tanınmış bəstəkar BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə direktor təyin olundu Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı ilə yen...

Aleyna Tilki: Bir neçə sevgilim var

Aleyna Tilki, Kıbrısdakı “Nuh’un Gemisi Deluxe Hotel” də səhnəyə çıxdı Kansertdən öncə jurnalistlərin suallarını cavablayan gənc müğənni sevgililə...

Jim Kerrinin “Bir sən qaldın” skandalına cavab: Bu xəbər belə deyil

Məşhur aktyor Jim Kerrinin jurnalistə verdiyi cavab skandal cavabdan sonra spikeri danışdı: “Bu xəbər belə deyil” Kameralardan dört il uzaq qalan ...