11.10.2019

«Sülh Bulağı hərəkatının bölgə xalqlarına və regionumuza sülh və əmin-amanlıq gətirməsini arzu edirik»


MÜSİAD Azərbaycan Prezidenti Abdurrahman Uzun Türkiyənin Fəratın şərqində həyata keçirdiyi Sülh Bulağı hərəkatına dair yazılı bəyanat verib.

Abdurrahman Uzun açıqlamasında bunları qeyd edib:

Türkiyə, yerləşdiyi ərazinin çətin şərtləri səbəbilə, ərazi bütövlüyünü və sərhəd təhlükəsizliyini ön planda tutaraq, regionunda sülh bazası olmaq məqsədiylə hərəkət edir. Bölgə sülhdən hər ötən gün uzaqlaşdırılmağa məruz qoyularkən, Yaxın Şərqdə sağlam düşüncənin təmsilçisi olan Türkiyənin bu vəziyyətə biganə qalması düşünülə bilməz. Bölgə dərhal dinclik və əmin-amanlıq şəraitinə qovuşmalıdır.

Bu çərçivədə, Fərat Qalxanı əməliyyatı ilə başlayan və Zeytun Budağı hərəkatı ilə davam edən, regiona sülh və əmin-amanlıq gətirməyə yönələn əməliyyatlar, dövlətimizin lüzumlü hesab etdiyinə görə, Fəratın şərqi istiqamətində davam edir.

Keçmişdən bu günə qədər, türk və kürd xalqları ortaq bir tarixi bölüşməkdə, əsrlərdir birlik və bərabərlik içərisində yaşamaqdadır. Bu baxımdan, Türkiyə Cümhuriyyətinin, vahid bayraq altında Qurtuluş Savaşı
Mübarizəsi apardığı kürd xalqına qarşı hər hansı düşmənçilik mövqe nümayiş etdirməsi əsla düşünülə bilməz.

Sərhəd xəttinin terrorçulardan təmizlənərək, stabillik və əmin-amanlığa qovuşması, zülm və müharibə şəraitindən qaçıb vətənlərini tərk etmək məcburiyyətində qalan və Türkiyəyə sığınan Suriya xalqının, həsrətini çəkdiyi öz torpaqlarına qovuşması üçün bir zərurətdir. Hərəkat çərçivəsində Avropa və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya davamı olan PYD-YPG-nin Türkiyənin hüdudlarından
kənara çıxarılması məqsədi güdülür. Türk Silahlı Qüvvələrinin başlatdığı hərəkatın yeganə məqsədi, Suriyanın ərazi bütövlüyünü qoruyaraq bu zərurət halında vacib olanı etməkdir.

MÜSİAD Azərbaycan olaraq, dövlətimizin həmlələrini və siyasi iradənin mövqeyini dəstəklədiyimizi ictimaiyyətə çatdırırıq. Bu münasibətlə, Sülh Bulağı hərəkatında qəhrəman əsgərlərimizə müvəffəqiyyətlər arzulayır, əməliyyatın başda region xalqları olmaq üzrə, ərazimizə tezliklə sülh, əmin-amanlıq və stabillik gətirməsini arzu edirik.

MÜSİAD Azərbaycan Prezidenti Abdurrahman Uzun


Digər xəbərlər


Yunanıstandan Azərbaycana qarşı TƏXRİBAT

Cənubi Kiprin Avropa parlamentindəki keçmiş deputatı Eleni Teoxarus Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Teleqraf.com x...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. ...

Azərbaycanda Çavuşoğlu ilə Məmmədyarovun rəsmi görüşü olub

Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşd...

Əsəd SDQ ilə Türkiyəyə görə danışığa gedir?

Suriya hökumətiylə Suriya Demokratik Qüvvələri arasında məxfi danışıqlara start verilib. Bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb. Məlu...