02.10.2019

Təcili! Azərbaycan-İran sərhədində silahlı insident: ölənlər var

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub

Oktyabrın 2-də saat 00:13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «Horadiz» sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, sərhəd zastavası «Silaha» komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən «Dayan» əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb sərhədçilərin həyatına qəsd ediblər. Bir sərhəd pozucusu üzərindəki çantanı ataraq İran istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstərib.

1 ədəd lüləsi kəsilmiş tüfəng

«Dövlət sərhədi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində ölüb.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini — Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam edilib, hadisə yerinə baxış keçirilib, sərhəd pozucularının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.

Azərbaycan-İran sərhədində 3 sərhəd pozucusu öldürülüb

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Mənbə sputnik.az


Digər xəbərlər


Olimpiya oyunları təxirə salına bilər - Koronavirusa görə

Olimpiya oyunlarının taleyi koronavirusdan aslıdır. Gülüstan.info xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dick Pound deyib. O...

Bu ölkədə koronavirusa yoluxanlar hamısı sağalıb

Fransada koronavirusa yoluxanların hamısı sağalıb. Gülüstan.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib. Səhiyyə naziri...

MSK seçkiyə yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. Gülüstan.info xəbər verir ki, bununla əlaqədar məsəl...

Çempionlar Liqası və Avropa Liqasına ara verilə bilər - UEFA-dan rəsmi açıqlama

UEFA Çempionlar Liqasına və Avropa Liqasına ara verilə bilər. Gülüstan.info xəbər verir ki, bu barədə UEFA-nın ikinci başqanı Mixael Uva açıqlama ...