17.10.2019

Təcili! Türkiyə atəşkəs elan edir

Türkiyə və ABŞ Suriyada atəşkəs elan edilməsi bağlı razılığa gəldi.

Bu barədə Mayk Pens Türkiyə lideri Ərdoğanla görüşdən sonra mətbuat konfransında deyib.

O, sözügedən razılaşma ilə yanaşı Türkiyəyə sanksiya tətbiq edilməyəcəyini bildirib.

M.Pens “Sülh çeşməsi” əməliyyatının ilk mərhələdə 120 saatlığına dayandırılacağını vurğulayaraq bildirib ki, ABŞ YPG-nin təhlükəsiz bölgədən geri çəkilməsini təmin edəcək. Bu müddətdə YPG təhlükəsiz bölgədən geri çəkiləcək. Türkiyə və ABŞ İŞİD-in Suriyanın şimal-şərqində tamamilə aradan qaldırılması məsələsində razılığa gəliblər və İŞİD terrorçularının saxlanıldığı həbsxanalarla bağlı əlaqələndirilmiş şəkildə hərəkət edəcəklər.

“Bir az əvvəl Prezident Tramp ilə danışdım. Donald Tramp Rəcəb Tayyib Ərdoğanın atəşkəsə və sülh yolu ilə həll variantına razılıq verməsindən çox məmnun qaldı. Beş saat ərzində müzakirələr apardıq və bu görüş sayəsində bir çox insanın həyatı xilas edildi. ABŞ YPG-nin geri çəkilməsini asanlaşdıracaq. Bu həyata keçdikdə isə Türkiyə davamlı atəşkəsə razı olacaq. Təmsilçilərimiz hazırda təhlükəsiz bölgədədir və YPG-nin 20 mil məsafədə geri çəkilməsi üçün danışıqlar aparırlar. ABŞ atəşkəs rejiminin tətbiqindən sonra artıq Türkiyəyə sanksiya tətbiq etməyəcək və indiyədək qoyulan sanksiyalar aradan qaldırılacaq”, — deyə ABŞ-ın vitse-prezidenti bildirib.

***

İstədiklərimizi aldıq.

Bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, YPG-dən ağır artilleriyanın toplanacağını bildirib:

“Bu, atəşkəs razılaşması deyil. 120 saat ərzində «Sülh çeşməsi» əməliyyatına fasilə verəcəyik. Terrorçu ünsürlərin çıxmasından sonra əməliyyatı dayandırmağımızdan söhbət gedə bilər».

Mənbə axar.az


Digər xəbərlər


Milli Məclis komitə iclasında Ombudsmanlığa namizədliyi müzakirə edir

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir. «Report» xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları...

Tramp cinayətkar Molla rejimini qınadı: “İnterneti kəsməklə ölkədə törətdiyi qətl, cinayət və faciəni ört-basdır etməyə çalışır”

ABŞ prezidenti Donald Tramp noyabrın 21-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın repressiv rejiminin ölkədə interneti kəsməsinə, dinc et...

BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılardan tam DƏSTƏK!

BÜTÖV AZƏRBAYCAN OCAQLARININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNƏ MÜRACİƏTİNƏ BİR QRUP ZİYALI DA QOŞULDU ` İran İslam Respublikasında sosial və...

Mehriban Əliyeva: "Azərbaycanla Rusiyanı mehriban dostluq, qonşuluq əlaqələri birləşdirir"

«Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur» «Azərbaycan Ru...