11.10.2019

Televiziya və radio sahiblərinə ciddi xəbərdarlıq!

N.Məhərrəmli dərman vasitələrinin reklamı sahəsində, tütün məmulatlarının zərərli təsirinin təbliği işində olan normativ tələblərin pozulmasından danışıb

Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın ümumölkə televiziya və radio kanallarının rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın televiziya və radio yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli kanallarda yayımlanan bəzi proqramların ictimaiyyətdə yaratdığı neqativ münasibətdən söz açıb. Həmçinin qanunvericiliyin tələblərinin, xüsusən, dərman vasitələrinin reklamı sahəsində, tütün məmulatlarının zərərli təsirinin təbliği işində olan normativ tələblərin pozulmasından danışıb.

N.Məhərrəmli 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək «Uşaqların zərərli informasiyadan qorunması haqqında» qanunun tələblərinə riayət olunması məsələsini də qaldırıb. O, yayımçılar qarşısında duran vəzifələr və bu sahədə hazırlıq işlərinə başlanmasının zəruriliyi barədə bəhs edib. Televiziya və radio kanalların rəhbərləri mövcud problemlərin aradan qaldırılmasında yayımçıların, tənzimləyici orqanın və ictimaiyyətin səylərinin birləşdirilməsini, televiziya kanallarında yayımlanan proqramlarda çeşidlilik prinsipinin təbliğ olunmasının vacibliyini vurğulayıblar.

Mənbə sputnik.az


Digər xəbərlər


Avtomobil karnavala girdi - 15 yaralı var

Almaniyanın Hessen bölgsinin Volkmarsen rayonunda «Güllər bazarertəsi» adlı karnavalında insanların gur olduğu yerə bir avtomobil girib. ...

Son dəqiqə! Azərbaycanda daha iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib. Gülüstan.info xəbər verir ki, bu barədə ...

Rusiya yalan olduğunu dedi - Türkiyə sübut etdi - VİDEO

Türkiyənin Müdafiə nazirliyi İdlibdən qaçan köçkünlərin çadır şəhərciyinin videosunu yayımlayıb. Gülüstan.info xəbər verir ki, video Türkiyə Müdaf...

Bunları yemək qadağan edildi - Çində

Çin vəhşi heyvanların yeyilməsini və qeyri-qanuni ticarətini qadağan etdi. Gülüstan.info xəbər verir ki, bu barədə Çin höküməti məlumat yayıb. ...