Bakı 22 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

07.11.2019

Diqqət! Yanvardan etibarən maaşınızdan 10 manat tutulacaq

1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında «Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən «Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Baku.vs-yə verilən məlumata görə, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.

Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir.

Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:

1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.

3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).

Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar:

• 18 yaşınadək şəxslər

• 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər

• Pensiyaçılar

• Sosial müavinət almaq hüququna malik olan şəxslər

• Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri

• Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar

• Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar

Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

Mənbə axar.az


Digər xəbərlər


Koronavirusun fəsadları - Dünya markaları müflis oldu - SİYAHI

Koronavirus pandemiyası dünya iqtisadiyyatına ağır zərbə vurub. Gulustan.info xəbər verir ki, bir çox dünya brendi olan firmal...

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,15 ABŞ dollar, yaxud 0,34% az...

Azərbaycan neftinin qiyməti 44 dollara qalxıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% ar...

Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...