Bakı 30 ℃

USD 1.7
RUB 0.0232
EUR 2.0088
TRY 0.2456
Qızıl 3439.8735
Gümüş 44.182

11.11.2019

67 dövlətin qatılacağı Dini liderlərin Bakı Sammitinə kimlər gələcək?

Azərbaycanda 14-15 noyabr tarixində keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”ndə 67 dövləti təmsil edəcək 500 nümayəndənin iştirakı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadənin 70 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək bu mötəbər toplantı ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dəvətini qəbul edənlər sırasında BMT, İƏT, UNESKO, İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar var.

Cənubi Qafqazda miqyasına və tərkibinə görə seçilən beynəlxalq toplantının Bakıda baş tutması Azərbaycana bir sıra dividentlər gətirəcəyi şübhəsizdir. İlk növəbədə bu dövlət-din münasibətlərini özündə ehtiva edir.

Toplantı Azərbaycan dövlətinin yürütdüyü siyasətin humanist ampluasının əsas mesajlarını nüfuzlu ictmai və din xadimlərinə təqdimatı üçün yaxşı imkan yaradacaq.

Dəvət olunanların siyahısında ABŞ, Latın Amerikası, Avropa, Yaxın Şərq, Asiya, Afrika dövlətlərinin ictimai-siyasi, dini rəhbərlərinin, parlament və hökumət üzvlərinin adlarının olması zirvə görüşünün sambalını bir daha təsdiq edir. Bir sıra aparıcı dövlətlər toplantıya böyük nümayəndə heyəti ilə qatılmağa hazırlaşırlar. Onların tərkibində olan şəxslərin bir çoxu dünya və regional siyasətdə söz sahibi olmaları ilə tanınırlar. Həmçinin BMT, İƏT, UNESKO kimi mötəbər qurumların yüksək səviyyədə təmsilçiliyi sammitin ciddi platforma olmasını şərtləndirir.

Belə demək olarsa, Azərbaycan dünya dinlərinin “buketi”nə evsahibiliyi etməklə müxtəlif mədəniyyətləri birləşdirən xoşməramlı vasitəçi kimi çıxış edir. Belə vasitəçilik isə dövlətimizin regionda aparıcı mövqeyini dünyaya nümayişinin bir fürsəti olacaq.

Sammit təkcə sırf dini məsələlər üçün nəzərdə tutulmayıb. Dəvətlilərin siyahısında sabiq dövlət başçılarının, nazirlərin, parlament rəhbərlərinin və deputatların olması onu göstərir ki, Bakı zirvəsində bugünkü dünyanın siyasi mənzərəsi və çağırışları müzakirə mövzusu kimi qaçılmaz olacaq. İsrailin və Tunisin sabiq Prezidentlərinin, Kolumbiya Senatının sədrinin, Səudiyyə Ərəbistanın xarici işlər üzrə sabiq dövlət nazirinin, Malazaiya Baş nazir ofisində dini məsələlər üzrə nazirin, Pakistanın Dini işlər və Dinlərarası Ahəng nazirinin, Senatının daimi komitə sədrinin, Rumıniyanın dini məsələlər üzrə dövlət katibinin qatılacağı Sammitin palitrası bunu deməyə əsas verir.

Regiondakı böyük qonşularımızın da zirvə görüşündəki nümayəndə heyəti siyasi “baqajı” ilə seçilir. Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Maqomedsalam Maqomedovun, Prezident Administrasiyasının rəhbərinin müavininin, Federasiya Şurasının sədr müavininin, Çeçenistanın başçısı Ramzan Kadırovun, Kabardin–Balkar Respublikasının başçısı Kazbek Kokovun, Şimali Alaniya Respublikasının başçısı Vyaçeslav Bitarovun, Dağıstanın Milli Məclisinin sədrinin, Dağıstan milli siyasət və dini məsələlər üzrə nazirinin zirvə görüşündə iştirakı toplantının siyasi əhəmiyyətinin bariz göstəricisi sayıla bilər.

Bu baxımdan Türkiyə Böyük Millət Məclisinin deputatlarının, Diyanət İşlər bakanının, İƏT-in sabiq baş katibi Ekmeleddin İhsanoğlunun adları da iştirak edəcək qonaqların siyahısındadır.

Sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışları nüfuzlu din və ictimai xadimlərin iştirakı ilə birgə müzakirə olunacaq.

Siyahıda adları əks olunmuş mötəbər qonaqların adları bunu deməyə əsas verir. Amerika qitəsindən tutmuş Afrikaya qədər səmavi dinləri təmsil edən nüfuzlu dini liderlər Bakıda cahanı qana çalxalamaq istəyənlərə qarşı vahid cəbhənin sarsılmaz gücünü göstərəcəklər.

Rusiya Patriarxı Kirilin, Çin Buddist Assosisiyasının vitse-prezidentinin, Misirin Baş muftisinin, Dünya Yevangelik alyansının icraçı direktorunun, Hindistan Parsi- Zərdüşti icmasının baş rahibinin (Mobadan mobad), Monqolustanın Xamba Lamasının, Vatikanın Pontifik Şurasının islam ilə dialoq departamentinin rəisinin, Bütün Belarusun Patriarxı Pavelin çıxışları bu baxımdan mühüm jest olacaq.

Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin, BMT Baş katibinin köməkçisinin, İSESKO, UNESKO rəsmilərinin sammitdə yer almaları Bakıdakı gündəliyin sıx və maraqlı olacağını vəd edir.

Müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək.

Ölkəmizdə hökm sürən sabitliyin və tolerant cəmiyyətin şahidinə çevriləcək sammit iştirakçıları Azərbaycanın bu yöndə yürütdüyü effektli siyasətin aspektlərini müzakirə etmək imkanlarını da əldə edəcəklər.

Din və dövlət münasibətləri üçün vacib olan etimad bu gün dünyanın bir sıra ölkələrinin üzləşdiyi əsas problemlərdən birinə çevrilib: Ziddiyyətli qütblərdə dayanan bu iki müstəvinin əməkdaşlıq platformasının yaranması üçün “həyat iksiri” nədədir? Qarşılıqlı anlaşmaya necə nail olmalı? İnsanlara əzab verən milli-dini zəmində qarşıdurmaların qarşısını ala biləcək təsirli addımlar bu sualların cavabında gizlənir.

Bakı Sammiti Azərbaycanın tolerantlıq və birgəyaşayışın təcrübədən keçmiş modelini dünyaya təqdim edərək, bu sahədə axtarılan cavabların bir “açarı”na çevrilə bilər. Sammitə gələnlər bu bu mürəkkəb cografiyada müxtəlif dinlərə sitayiş edən insanların necə vəhdətdə yaşadığını əyani görmək imkanı əldə edəcəklər.

Odur ki, zirvə görüşü ölkəmizin dinlərarası əməkdaşlığın və tolerantlığın pozitiv təcrübəsini dünyaya yaymaq üçün bir platforma sayıla bilər.

Mənbə modern.az


Digər xəbərlər


Belarus ilə Rusiya arasında gərginlik - Səfir nazirliyə çağrıldı - Terror iddiası

Belarusda 33 rus muzdlunun saxlanıldığı iddialarından sonra Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. Gulustan.info xəb...

Politoloq: "Putin Ərdoğanla görüşlərində Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətindədir"

«Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib. Bundan sonra Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində S...

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heyd...

Yunanıstandan geri addım: "Türkiyə ilə dialoqa hazırıq"

Son dövrlər Türkiyə ilə münasibətləri gərgin olan Yunanıstan rəsmi Ankara ilə dialoqa hazır olduqlarını açıqlayıb. Gulustan.in...

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin adı dəyişdirildi

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin adı dəyişdirildi Deputat Razi Nurullayevin sədrlik etdiyi Azərbaycan Xalq Cəbhəsi ...

Prezidentdən yeni baş konsul təyinatı - SƏRƏNCAM

Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. ...

ABŞ Türkiyə sərhəddində hərbi baza qurdu - "Lozanna" müqaviləsinin şərtləri pozuldu

ABŞ Yunanıstanla Türkiyə sərhəddində Dədəağac ərazisində hərbi baza qurub. Gulustan.info xəbər verir ki, hərbi bazanın açılışı...

Almaniya Türkiyə arasında yeni gərginlik - Silah satışı dayandırılıb

Almaniya Türkiyəyə silah satışını dayandırıb. Gulustan.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Almaniyanın ...