Bakı 26 ℃

USD 1.7
RUB 0.024
EUR 1.915
TRY 0.2483
Qızıl 3005.8295
Gümüş 30.477

12.11.2019

Alibaba endirim etdi və 1 dəqiqə 8 saniyəyə 1 milyard qazandı

2009-cu ildən bəri Alibaba şirkəti hər il 11 noyabr tarixində subaylar günü münasibətilə özünün AliExpress və digər online mağazalarında irimiqyaslı endirimli satışlara start verir. Beləliklə hər ilin 11 noyabr tarixi alıcılar tərəfindən səbrsizliklə gözlənilir. Baxmayaraq ki, şirkətin online mağazalarında endirimli satışlara bir neçə saat bundan öncə start verilib, Alibaba şirkəti artıq əldə edilmiş yüksək göstəricilər barəsində məlumat verib. Bu barədə Reuters saytı xəbər verib.

Beləliklə şirkət bildirib ki, endirimli satışlardan əldə olunmuş ilk milyard dollar həmin satışlara start veriləndən 1 dəqiqə 8 saniyədən sonra gəlib. Endirimli satışlara start veriləndən 1 saat sonra isə şirkət 13 milyard dollar vəsait qazanıb. Bu isə keçən il eyni vaxtda əldə edilmiş göstəricidən 32% çoxdur. Satışların ilk 9 saatında satıcılar 22.6 milyard dollar qazanıblar. Bu isə keçən ilki göstəricidən 25% çoxdur.

Bundan əlavə olaraq şirkət 30 milyard dollar gəlir sərhədinin keçilməsini də elan edib. Bu isə ABŞ-da məşhur olan Amazon şirkətinin bu ilin üçüncü rüb üzrə satışlarının 80%-ni təşkil edir. Endirimli satışların startı canlı yayımda sərgilənmiş möhtəşəm şou ilə başlayıb. Alibaba ümid edir ki, bu il 500 milyondan çox istifadəçi endirimli satışlardan yararlanacaq. Bunun üçün şirkət Çinin böyük şəhərələrindən kənarda bu endirimli satışların reklamına böyük diqqət ayırıb. 

Mənbə technote.az


Digər xəbərlər


Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbar...

Amazonun rəhbərinin "dodaq uçuqladan" sərvəti

ABŞ, epidemiyada yalnız yoluxma və ölüm sayı ilə deyil, işsizlik ilə də dünyada fərqlənir. Gulustan.info xarici mediaya istina...

Əmək müqaviləsinin forması dəyişdirilir

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni q...