Bakı 26 ℃

USD 1.7
RUB 0.024
EUR 1.915
TRY 0.2483
Qızıl 3005.8295
Gümüş 30.477

13.11.2019

Trampdan Ərdoğana dodaq uçuqladan məbləğdə saziş TƏKLİFİ

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sazişi, habelə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ətrafındakı ziddiyyətləri həll etməyin mümkün yolları haqqında təklif irəli sürüb.

“Qafqazinfo” xəbə verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

“Tramp keçən həftə Ərdoğana ünvanladığı yeni məktubda Türkiyə Prezidentinə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərini alması ilə əlaqədar ABŞ-ın sanksiyalarının qarşısını almaq üçün 100 milyard dollarlıq bir sövdələşmə və bir həll yolu tapılmasının hələ mümkün olduğunu söyləyib”, — deyə nəşr ABŞ Prezident Administrasiyasındakı yüksək səviyyəli mənbələrə istinadən yazıb.

“Biz bunu (ticarət təklifi – red.) türklər Suriyaya girəndə gündəmdən çıxartdıq. Ancaq atəşkəs barədə razılıq əldə etdikdən sonra hazırkı səfərin də daxil olduğu təkliflər paketinin bərpasına qərar verdik”, -deyə mənbələrdən biri qəzetə açıqlamasında deyib.

Qeyd edək ki, Trampla Ərdoğanın bu gün görüşü planlaşdırılıb.

Xatırladaq ki, rəsmi Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Ankaranın “S-400” alması, ABŞ-ın Türkiyəni istehsal zəncirindən kənarlaşdırması və eləcə də Amerikanın “F-35” qırıcılarının alınması ilə nəticələnib.

Bundan əlavə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen bildirmişdi ki, “S-400” sazişi qüvvədə qalacağı təqdirdə, Konqresin təsdiqlədiyi “ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar” (CAATSA) qanunu ilə Türkiyəyə sanksiya tətbiq ediləcək.

Mənbə gunaz.tv


Digər xəbərlər


Məmmədyarov Mnatsakanyanla görüşdü

İyun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsə...

Mövlud Çavuşoğlu: "NATO müttəfiqi Fransa Liviyada Rusiyanın mövcudluğunu gücləndirməyə çalışır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanı sərt şəkildə tənqid edib. Gulustan.info xəbər verir ki, o, bu sözləri...

Prezident: "Sərhədlərimiz yalnız Azərbaycan vətəndaşlarının qəbulu və ölkəni tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır"

«Əməkdaşlığa və Azərbaycanda turizm sektorunu dəstəklədiyinizə görə sizə təşəkkür edirəm. Görüşümüz yadımdadır. O zaman siz ...

Prezidentlə Zurab Pololikaşvili arasında videokonfrans keçirildi

İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilat...

İlham Əliyev Berdiməhəmmədovu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zən...

Xarici Kəşfiyyat Xidmətinin strukturu dəyişdirildi - FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə”də, “Az...

İran Trampı axtarışa verib - "Qırmızı bülleten"lə

İran ABŞ prezidenti Donald Tramp və bir neçə amerikalı rəsmi haqda həbs qərarı çıxarıb. Gulustan.info xəbər verir ki, buna səb...

XİN: Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq

«Azərbaycan Respublikasının Prezidenti cənab llham Əliyevin bu ilin 25 iyun tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi h...