Bakı 25 ℃

USD 1.7
RUB 0.024
EUR 1.915
TRY 0.2483
Qızıl 3005.8295
Gümüş 30.477

14.11.2019

Elon Musk bu ölkədə Gigafactory zavodu inşa edəcək

Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk bildirib ki, 4-cü Gigafactory zavodu Berlində inşa ediləcək. Həmin zavodda həm elektromobillər həm də batareyalar istehsal olunacaq. Bu barədə Ars Technica saytı xəbər verib. Berlindəki Gigafactory zavodunun 2021-ci ildə işə salınması planlaşdırılır. “Hamı bilir ki, alman mühəndisliyi çox məşhurdur. Bu, bizim Gigafactory Europe zavodunu Almaniyada inşa etməyimizin əsas səbəblərindən biridir. Biz həmçinin Berlində mühəndislik və dizaynerlik mərkəzlərinin istifadəyə verilməsini də planlaşdırırıq. Çünki dünyanın ən yaxşı incəsənət nümunələrindən çoxu məhz burda yerləşirlər” — deyə Musk bildirib.

Qeyd etmək lazımdır ki, hal hazırda Tesla şirkəti 3 ədəd Gigafactory zavoduna sahibdir. Onlardan biri Nevadada yerləşir və orda elektromobillər üçün batareyalar istehsal olunur. Daha sonra həmin batareyalar Frimontdakı avtomobil zavoduna göndərilir. İkinci Gigafactory Nyu York ştatında yerləşir və orda günəş panelləri istehsal olunur.

Şirkətin üçüncü Gigafactory zavodu isə Şanxayda inşa edilir və onun inşasının bitməsinə az qalıb. Orda həm batareyalar həm də elektromobillər istehsal olunacaq. Şanxaydakı zavodda artıq test məqsədli istehsalata start verilib. Həmin zavod əsasən Çin bazarı üçün nəzərdə tutulub və Çindəki satışlar üçün büdcəli Model 3 ilə Model Y elektromobillərini istehsal edəcək. Avropadakı Gigafactory-də də həm elektromobillər həm də batareyalar istehsal olunacaq. 

Mənbə technote.az


Digər xəbərlər


Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbar...

Amazonun rəhbərinin "dodaq uçuqladan" sərvəti

ABŞ, epidemiyada yalnız yoluxma və ölüm sayı ilə deyil, işsizlik ilə də dünyada fərqlənir. Gulustan.info xarici mediaya istina...

Əmək müqaviləsinin forması dəyişdirilir

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni q...