Bakı 16 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

19.11.2019

Fotoqraf Yakov Xalipin əsərləri Heydər Əliyev Mərkəzində — SƏRGİ

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi açılıb.

Bakıda ilk dəfə keçirilən bu sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunur.

Tədbirdə çıxış edən jurnalist, tərcüməçi, fotoqrafın oğlu, onun arxivinin varisi Nikolay Xalip sərgidən böyük zövq aldığını söyləyib. Qeyd edib ki, Heydər Əliyev Mərkəzi möhtəşəm bir məkandır. O, sərginin açılması ideyasını alqışlayıb və təşkilatçılara öz dərin minnətdarlığını bildirib. “Ümid edirəm ki, ziyarətçilər də sərgidən mənim qədər zövq alacaqlar”, — deyə N.Xalip bildirib.

Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim edilib.

Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işlərı ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunub.

Ekspozisiyada Yakov Xalipin sovet fotoqrafiyasının “qızıl fond”una daxil olan işləri, həmkarı və müəllimi Aleksandr Rodçenko ilə birlikdə çəkdiyi fotolar, jurnallar üçün olan əsərləri və s. yer alıb. Sərgidə Yakov Xalipin qəhrəman papaninçilərin “Şimal Qütbü-1” Arktik stansiyasından xilas edilməsi üzrə ekspedisiyadan, şair Konstantin Simonovla birlikdə keçdiyi Böyük Vətən müharibəsi illərindən, Sovet İttifaqında və digər ölkələrdə müharibədən sonrakı dövrü əhatə edən fotoreportajları da nümayiş olunub.

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin Yakov Xalipin ailəsinə aid olan arxivdən eksponatlar yer alıb. Eyni zamanda, fotoqrafa aid müxtəlif sənədlər, teleqramlar, 1930-cu illərə aid açıqcalar, Yakov Xalipin fotoşəkillərinin olduğu nadir kitablar, jurnallar, fotoqrafın yaratdığı tematik albomlar, üzərində çalışdığı kitablar və s. təqdim edilib.

Sərgi 2020-ci il martın 29-dək davam edəcək.

Mənbə report.az


Digər xəbərlər


Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...

Azərbaycan “Avroviziya -2022”nin finalında

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...