Bakı 26 ℃

USD 1.7
RUB 0.024
EUR 1.915
TRY 0.2483
Qızıl 3005.8295
Gümüş 30.477

22.11.2019

650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

Azərbaycanda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün regionlarını əhatə edir: «Artıq hansı ərazilərdə hansı ağacların əkiləcəyi müəyyənləşib. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək. Bu da ölkəmizin gözəlləşməsinə xidmət edəcək».

Nazir müavini qeyd edib ki, xəritədə yer alan ərazilərdə nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək. Artıq bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

F.Əliyev əlavə edib ki, həmin gün nektar verən ağacların əkilməsinə də üstünlük veriləcək: «Bir gündə 650 min ağac əkiləcək. Eyni zamanda, Bakının Suraxanı rayonunda-keçmiş Yod-brom zavodunun ətrafında çirklənmiş 100 ha sahənin nazirlik tərəfindən təmizlənərək bərpa edilməsi və orada da ağac əkilməsi nəzərdə tutulub».

F.Əliyev vurğulayıb ki, həmin gün ən çox ağac Nəsiminin anadan olduğu Şamaxı rayonunda əkiləcək.

«Ağacların əkilməsi ilə yanaşı onlara qulluq edilməsi də vacib məsələlərdəndir. İctimai nəzarət nə qədər güclü olsa bir o qədər ağacların bitiş faizi yüksək olar. Ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcəklər. Artıq Sabirabadda, Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib. Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və nəzarət ağaclar əkildikdən sonra da davam edəcək”.

Mənbə trend.az


Digər xəbərlər


Ermənistanda daha 593 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 593 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Pro...

Türkiyədən anti-terror əməkiyyatı - Bşlarına 500 min qoyulan terrorçuları məhv edildi

Türkiyənin Van vilayətinin Gürpınar mahalının kənd yerlərində keçirilən xüsusi əməliyyat zamanı axtarışda olan üç terrorçu öldürü...

Qaradağ Gənclər Evinin təşəbbüsü ilə “Polisə dəstək” adlı sosial aksiya həyata keçirilib-FOTOLAR

2 iyul Polis günü münasibətilə, eyni zamanda ölkəmizdə yeni növ koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə ...

BMT-dən qərar: Dünyada 90 günlük atəşkəs

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, Covid-19-a qarşı mübarizə çərçivəsində 90 gün ərzində qlobal atəşkəs...

Atəşkəs pozulub - Son ayların ən yüksək göstəricisi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan d...

ÜST rəhbəri: Hazırda 141 peyvəndin üzərində işlənilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Gebreyesus hazırda dünyada koronavirusa qarşı 141 peyvəndin üzəri...

İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib

Prezident İlham Əliyevin rəsmi «Facebook» səhifəsində polis günü münasibətilə paylaşım edilib. Gulustan.info xəbər v...

“Twitter” Trampın fotosunu silib

“Twitter” şirkəti ABŞ prezidenti Donald Trampın iyunun 30-da öz hesabında paylaşdığı şəkillərdən birini silib. Sosial şəbəkə b...