12.11.2019

Alibaba endirim etdi və 1 dəqiqə 8 saniyəyə 1 milyard qazandı

2009-cu ildən bəri Alibaba şirkəti hər il 11 noyabr tarixində subaylar günü münasibətilə özünün AliExpress və digər online mağazalarında irimiqyaslı endirimli satışlara start verir. Beləliklə hər ilin 11 noyabr tarixi alıcılar tərəfindən səbrsizliklə gözlənilir. Baxmayaraq ki, şirkətin online mağazalarında endirimli satışlara bir neçə saat bundan öncə start verilib, Alibaba şirkəti artıq əldə edilmiş yüksək göstəricilər barəsində məlumat verib. Bu barədə Reuters saytı xəbər verib.

Beləliklə şirkət bildirib ki, endirimli satışlardan əldə olunmuş ilk milyard dollar həmin satışlara start veriləndən 1 dəqiqə 8 saniyədən sonra gəlib. Endirimli satışlara start veriləndən 1 saat sonra isə şirkət 13 milyard dollar vəsait qazanıb. Bu isə keçən il eyni vaxtda əldə edilmiş göstəricidən 32% çoxdur. Satışların ilk 9 saatında satıcılar 22.6 milyard dollar qazanıblar. Bu isə keçən ilki göstəricidən 25% çoxdur.

Bundan əlavə olaraq şirkət 30 milyard dollar gəlir sərhədinin keçilməsini də elan edib. Bu isə ABŞ-da məşhur olan Amazon şirkətinin bu ilin üçüncü rüb üzrə satışlarının 80%-ni təşkil edir. Endirimli satışların startı canlı yayımda sərgilənmiş möhtəşəm şou ilə başlayıb. Alibaba ümid edir ki, bu il 500 milyondan çox istifadəçi endirimli satışlardan yararlanacaq. Bunun üçün şirkət Çinin böyük şəhərələrindən kənarda bu endirimli satışların reklamına böyük diqqət ayırıb. 

Mənbə technote.az


Digər xəbərlər


ABŞ ilə Çin Apple məhsullarının qiymətlərini qaldırmayacaq

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər. Həmin razılşmaya əsasən import məhsullar üçün nəzərdə tutulmuş əlavə d...

Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür

Microsoft şirkəti Your Phone (Telefonunuz) tətbiqi ilə Windows 10 üzərindən Android cihazları idarə etməyi mümkün ...

Bu mallar da idxal gömrük rüsumundan azad edildi

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələri 15 faiz idxal gömrük rüsumundan azad edilib. N...

Funt-seterlinq yenə də bahalaşdı

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib. Xəbər ve...