08.11.2019

“ASAN xidmət” bu tarixdə işləməyəcək

9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və «ASAN Kommunal» mərkəzlərində qeyri-iş günü olacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, vətəndaşlar 10 noyabr tarixindən “ASAN xidmət”, 11 noyabr tarixindən isə “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Mənbə modern.az


Digər xəbərlər


Diqqət! Hava limanı istiqamətində yollarda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh və Zığ dairəsi-hava limanı avtomagis...

Məhkəmə ekspertləri üçün də attestasiya olacaq

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, ...

Prezident xalq artistinə ev hədiyyə etdi

Prezident İlham Əliyev xalq artisti Bilal Əliyevə ev hədiyyə edib. Bilal Əliyev bu haqda Teleqraf.com-a açıqlamasında deyib: “Cənab prezid...

“Smart-kart” tipli sayğaclardan imtina ediləcəkmi?

Bu gün bir sıra informasiya mənbələrində “Azəriqaz” İstehsalat Birliyinin “smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə bundan sonra b...