25.11.2019

Avtomobillərə etibarnamələr elektron qaydada bu tarixdən veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Ədliyyə Nazirliyi ilə birgə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrin verilməsi xidməti elektronlaşdırıb və hazırda test mərhələsindədir.

Bunu jurnalistlərə açıqlamasında Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, xidmətin yaxın günlər ərzində vətəndaşların istifadəsinə verilməsi təmin ediləcək: «Hazırda bu tipli bir sıra xidmətlərin elektronlaşdırılması ilə bağlı işlər aparılır”, – deyə C. Salmanov qeyd edib.

Mənbə ekonews.az


Digər xəbərlər


Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə «Azərbaycan Hava Yolları» və «Buta Airways» aviaşirkətlərini...

İşçiləri əsassız yerə işdən çıxaranlar məsuliyyətə cəlb ediləcək

Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək. Əmək və Əhalinin S...

Bu şəxslərə əlavə ödənişlər ediləcək - Əli Əsədov qərar imzaladı

Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddə...