08.11.2019

Avtovağzalda qiymətləri açıqlandı

Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib. Bu barədə Kompleksdən məlumat verilib.

Xəbərdə bildirilir ki, saxlama kameraları həftənin yeddi günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər 0-3 saat üçün 1 AZN, 3-6 saat — 2, 6-9 saat — 3, 9-12 saat — 4, 24 saat üçün isə — 5 AZN təşkil edir:

«Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir. Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır. Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır! Həmçinin yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır. Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur».

Mənbə sputnik.az


Digər xəbərlər


Diqqət! Hava limanı istiqamətində yollarda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh və Zığ dairəsi-hava limanı avtomagis...

Məhkəmə ekspertləri üçün də attestasiya olacaq

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, ...

Prezident xalq artistinə ev hədiyyə etdi

Prezident İlham Əliyev xalq artisti Bilal Əliyevə ev hədiyyə edib. Bilal Əliyev bu haqda Teleqraf.com-a açıqlamasında deyib: “Cənab prezid...

“Smart-kart” tipli sayğaclardan imtina ediləcəkmi?

Bu gün bir sıra informasiya mənbələrində “Azəriqaz” İstehsalat Birliyinin “smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə bundan sonra b...