08.11.2019

Azərbaycan Tokio-2020-yə 5-ci lisenziyanı qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatının ilk günündə paralimpiyaçımız Kamil Əliyev mübarizəyə başlayıb. Kamil Əliyev uzunluğa tullanmaq üzrə T12 kategoriyasinda 7.00 metr nəticə göstərib.

Dünya çempionatında üçüncü yerə çıxan Kamil Əliyev Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə paralimpiya oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 5-ə yüksəlib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.

Mənbə qafqazinfo.az


Digər xəbərlər


Diqqət! Hava limanı istiqamətində yollarda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh və Zığ dairəsi-hava limanı avtomagis...

Məhkəmə ekspertləri üçün də attestasiya olacaq

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, ...

Prezident xalq artistinə ev hədiyyə etdi

Prezident İlham Əliyev xalq artisti Bilal Əliyevə ev hədiyyə edib. Bilal Əliyev bu haqda Teleqraf.com-a açıqlamasında deyib: “Cənab prezid...

“Smart-kart” tipli sayğaclardan imtina ediləcəkmi?

Bu gün bir sıra informasiya mənbələrində “Azəriqaz” İstehsalat Birliyinin “smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə bundan sonra b...