28.11.2019

«Azəristiliktəchizat» 29 milyon borcda günahlandırılır

Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyəti aldığı qaza görə «Azəriqaz» İstehsalat Birliyinə (İB) olan 29 milyon manat borcu hələ ödəməyib.

Bunu açıqlamasında «Azəriqaz» İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, borc məbləği hələ də qalmaqdadır:

«Borc hələ ödənilməyib. Sadəcə olaraq biz əhalinin istilik sistemi ilə təmin edilməsi üçün yenidən qazın açılışını bərpa etdik. «Azəistiliktəchizat» iddia edir ki, əhaliyə istilik sisteminin verilməsində qiymət ucuz olduğu üçün onlar həmin məbləği ödəyə bilmirlər. Yəni onlar əhalidən istilik sisteminə görə ödənişləri alır, amma bu, qazın ödənişinə çatmır. İndiyə qədər bizdən aldığı borcun 30 faizini ödəyə bilməyib. Biz isə aldığımız qazın məbləğini Azərbaycan Dövlət Neft Şirkətinin digər qurumuna tam ödəyirik. Bizim ödəmələr tam şəkildə həyata keçir».

Mənbə modern.az


Digər xəbərlər


Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür

Microsoft şirkəti Your Phone (Telefonunuz) tətbiqi ilə Windows 10 üzərindən Android cihazları idarə etməyi mümkün ...

Bu mallar da idxal gömrük rüsumundan azad edildi

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələri 15 faiz idxal gömrük rüsumundan azad edilib. N...

Funt-seterlinq yenə də bahalaşdı

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib. Xəbər ve...

Google Chrome oğurlanmış şifrələr ilə bağlı istifadəçiləri məlumatlandıracaq

 Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib və həmin versiya məlumat sızıntıları səbəbilə istifadəçinin şifrə...