30.11.2019

Bələdiyyə seçkilərinə qatılan 60 şəxs namizədliyini geri götürdü

Seçki prosesinin əsas mərhələlərindən biri — namizədlərin qeydə alınması artıq başa çatıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir:

«Bələdiyyə seçkilərində 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb» .

M.Pənahov deyib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər:

«Bülletenlərdə 41800-ə yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə rəsmi şəkildə müraciət edən namizədlərin adınının üzərindən xətt çəkiləcək». (report.az)

Mənbə axar.az


Digər xəbərlər


İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...

Çin lideri: Pandemiya bitəndə müharibəyə hazır olmalıyıq

Aylardır dünyanı cənginə alan koronavirus Çin və ABŞ arasındakı gərginliyi də pik həddə çatdırıb. Gulustan.info xəbər verir ki, Çindən gərginliyi ...

Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələrinə və texnikalara baxdı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsu...