08.11.2019

Bakı-Gəncə-Bakı istiqamətinə qatarların sayı artırılır

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.

Bu barədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir.

Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Mənbə trend.az


Digər xəbərlər


Azərbaycanda silahlı insident: Avtomobilin qarşısını kəsib atəş açdı

Yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olm...

Xəzərin suyu niyə azalır? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəblərini açıqlayıb. Nazirliyin Ekoloji siyasət şöbəsinin ...

İŞİD cəhənnəminin yeni başçısı təyin olunub

İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Mauləolub. TASS-a istinadən xəbər verili...

Bu dəfə Xızıda ana üç uşağı ilə birlikdə itkin düşdü

Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb. Bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən (RPŞ)  məlumat verilib. Xızı rayonu, Qızıldərə ər...