22.11.2019

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət sürəti artırılır

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.

Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, qatarın Bakıdan və Gəncədən yola düşmə vaxtı olduğu kimi saxlanılacaq, bununla belə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə endiriləcək. Yəni sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq. Bunun üçün qatarın sürəti 135 km/saata qaldırılacaq. Sürət artımına nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğularının ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb.

«Sürət həddinin artması ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir», — deyə məlumatda qeyd olunub.

Mənbə axar.az


Digər xəbərlər


Azərbaycanda yeni metro stansiyası açılır - Vaxt bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açıl...

Kürdəmir bələdiyyə sədrinin oğullarından vəhşilik - Həmkəndlilərini bıçaqladılar

Video əlavə olunub ***04:17 Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib. Hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, həmkənd...

Türkiyəyə aid donanma İsrail gəmisini qovdu

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfind...

3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...