08.11.2019

Bu bank 2 filialını birləşdirdi — 7 filial isə bağlanıb

«AtaBank» daha 2 filialını birləşdirib.

Bank Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Bakıxanov» filialını «Nizami» filialına birləşdirilib. Artıq Noyabrın 4-dən «Bakıxanov»  filialının müştərilərinə  «Neftçilər» metrosu yaxınlığında yerləşən “Nizami” filialında xidmət göstərilir.

2019-cu ilin İyul ayından «AtaBank»da islahatlara, o cümlədən filial şəbəkəsinin optimallaşdırılmasına başlanılıb. Avqust ayında Bakı şəhərində Heydər Əliyev pr., 91 ünvanında yerləşən “Xəzər” filialı «Nərimanov» filialına birləşdirilmişdir.

7 FİLİALIN FƏALİYYƏTİ DAYANDIRILIB

Qeyd edək ki, 2018-ci ildə «AtaBank» 32 filial və şöbə ilə müştərilərə xidmət göstərirdi. Hazırda «AtaBank»ın saytında verilən məlumata görə, Bankın 25 filial və şöbəsi fəaliyyət göstərir.  “AtaBank”ın şəbəkəsində 5 şöbə mövcuddur. Şöbələri çıxsaq filialların sayı 27-dən 20-yə düşüb.

Mənbə marja.az


Digər xəbərlər


Azərbaycanda qızıl bahalaşdı

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb. Gülüstan.info xəbər verir ki, aprelin 6-da qızılın qiyməti aprelin 3-ü ilə müqayisədə 9,2395 ma...

Manatın aprelin 6-a olan məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 06.04.20...

Manatın sabaha olan məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 02.04.20...

Manatın martın son gününə olan məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 31.03.20...