27.11.2019

Bu səhvlərə yol verənlər 8000 azn cərimələnəcək

Azərbaycan Prezidenti İlham Əliyev 26 noyabr 2019-cu ildə «Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə inzibati xətaya görə protokol tərtib etmə səlahiyyəti alıb.
Belə ki, həmi siyahıda NRYTN-nin səlahiyyətin İnzibati Xətalar Məcəlləsinin 363-ci bəndindəki qaydaları pozanlara qarşı inzibati protokol tərtib etmə hüququ verib.

Həmin maddədə qeyd edilir ki, telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə qarşısının alınması üçün telekommunikasiya operatoru və ya provayderi tərəfindən tədbirlərin görülməməsinə görə – vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Mənbə ekonews.az


Digər xəbərlər


Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə «Azərbaycan Hava Yolları» və «Buta Airways» aviaşirkətlərini...

İşçiləri əsassız yerə işdən çıxaranlar məsuliyyətə cəlb ediləcək

Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək. Əmək və Əhalinin S...

Bu şəxslərə əlavə ödənişlər ediləcək - Əli Əsədov qərar imzaladı

Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddə...