14.11.2019

Elon Musk bu ölkədə Gigafactory zavodu inşa edəcək

Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk bildirib ki, 4-cü Gigafactory zavodu Berlində inşa ediləcək. Həmin zavodda həm elektromobillər həm də batareyalar istehsal olunacaq. Bu barədə Ars Technica saytı xəbər verib. Berlindəki Gigafactory zavodunun 2021-ci ildə işə salınması planlaşdırılır. “Hamı bilir ki, alman mühəndisliyi çox məşhurdur. Bu, bizim Gigafactory Europe zavodunu Almaniyada inşa etməyimizin əsas səbəblərindən biridir. Biz həmçinin Berlində mühəndislik və dizaynerlik mərkəzlərinin istifadəyə verilməsini də planlaşdırırıq. Çünki dünyanın ən yaxşı incəsənət nümunələrindən çoxu məhz burda yerləşirlər” — deyə Musk bildirib.

Qeyd etmək lazımdır ki, hal hazırda Tesla şirkəti 3 ədəd Gigafactory zavoduna sahibdir. Onlardan biri Nevadada yerləşir və orda elektromobillər üçün batareyalar istehsal olunur. Daha sonra həmin batareyalar Frimontdakı avtomobil zavoduna göndərilir. İkinci Gigafactory Nyu York ştatında yerləşir və orda günəş panelləri istehsal olunur.

Şirkətin üçüncü Gigafactory zavodu isə Şanxayda inşa edilir və onun inşasının bitməsinə az qalıb. Orda həm batareyalar həm də elektromobillər istehsal olunacaq. Şanxaydakı zavodda artıq test məqsədli istehsalata start verilib. Həmin zavod əsasən Çin bazarı üçün nəzərdə tutulub və Çindəki satışlar üçün büdcəli Model 3 ilə Model Y elektromobillərini istehsal edəcək. Avropadakı Gigafactory-də də həm elektromobillər həm də batareyalar istehsal olunacaq. 

Mənbə technote.az


Digər xəbərlər


ABŞ ilə Çin Apple məhsullarının qiymətlərini qaldırmayacaq

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər. Həmin razılşmaya əsasən import məhsullar üçün nəzərdə tutulmuş əlavə d...

Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür

Microsoft şirkəti Your Phone (Telefonunuz) tətbiqi ilə Windows 10 üzərindən Android cihazları idarə etməyi mümkün ...

Bu mallar da idxal gömrük rüsumundan azad edildi

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələri 15 faiz idxal gömrük rüsumundan azad edilib. N...

Funt-seterlinq yenə də bahalaşdı

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib. Xəbər ve...