09.11.2019

Elon Musk: «Marsda yaşayış bazasının yaradılması üçün 1000 ədəd Starship raketi və 20 il vaxt lazımdır»

SpaceX şirkətinin CEO-su Elon Musk öz Twitter hesabında bildirib ki, Mars planetində yaşayış bazasının yaradılması üçün 1000-ə yaxın Starship kosmik gəmisi lazımdır. Yaşayış bazasının infrastrukturunun inkişafına isə 20 il vaxt lazım olacaq. Bu barədə Vc.ru saytı xəbər verib. Musk qeyd edib ki, Marsda yaşayış bazasnın yaradılması üçün qırmızı planetə milyonlarla ton təchizat və resurs göndərmək lazımdır. Lakin nəzərə alsaq ki, Yer kürəsi ilə Mars yalnız 2 ildən bir bir dəfə bir-birinə yaxın məsafədə olurlar, mütəmadi uçuş missiyalarını reallaşdırmaq mümkün olmayacaq.

Starship raketi üzərində işlər hələ sonlandırılmayıb. Musk sözügedən raketi hələ sentyabr ayında təqdim etmişdi. Onun hesablamalarına əsasən daxilində astronavtların yerləşəcəyi Starship raketinin Yer kürəsinin orbitinə ilk uçuşu 2020-ci ilin ortasında reallaşdırıla bilər. Musk ümid edir ki, Marsda yaşayış bazasının inşa edilməsinə yaxın Mars palentinə Starship raketinin hər bir uçuş missiyası 2 milyon dollardan baha olmayacaq. Qeyd etmək lazımdır ki, Starship maksimal sayda təkrar istifadə üçün nəzərdə tutulub və sutkada 3 dəfə kosmosa uça bilər. Həmin uçuşlar arasında isə raketin yanacaq ehtiyatının doldurulması və xidmətinə qısa fasilələr veriləcək.

Musk ümid edir ki, bu üsulla bir ədəd Starship raketi il ərzində 1000-ə yaxın uçuş reallaşdıra bilər. “Əgər biz, bizdə olan Falcon 9 sayı (100 ədəd) qədər Starship raketinə sahib olsaq və hər bir raket Yer kürəsinin orbitinə 100 ton yük daşıya bilsə, deməli hər il orbitə çatdırılacaq yük qabiliyyəti 10 milyon ton təşkil edəcək” — deyə Musk qeyd edib. Onun hesablamalarına əsasən hal hazırda mövcud olan kosmik aparatlar Yer kürəsinin orbitinə hər il 500 ton yük daşıma potensialına sahibdirlər. Onu da qeyd etmək lazımdır ki, Marsda insan koloniyasının yaradılması üçün ilk növbədə ən azından Marsa bir dəfə idarə olunan uçuşu reallaşdırmaq lazımdır. SpaceX şirkəti isə ilk yük aparatının 2022-ci ildə Marsa göndərməyi planlaşdırır. 

Mənbə technote.az


Digər xəbərlər


İri ticarət mərkəzləri və “Mall”ar açılır

İyunun 1-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunacaq.Bu barədə Nazirlər Kabineti yanın...

Karantin rejimində tənəffüs yollarını qorumaq üçün bəzi tələblər müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Gulustan.i...

Baş katib: "Dünya Turizm Təşkilatı Azərbaycana dəstək verməyə hazırdır"

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibət...

Azərbaycanda dövlət sərhədinin bağlanması 15 iyuna qədər uzadılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb. Qərargahdan Gulustan.info-ya  verilən xəbərə görə, korona...