04.11.2019

Fransız tarixçi erməniləri faktlarla ifşa etdi

Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) saytında “Njdeizm Ermənistanda hələ də rəsmi olaraq yaşadılmaqdadır” sərlövhəli elmi məqalə yayılıb.

Tanınmış fransız tarixçi Maksim Qauinin müəllifi olduğu məqalədə belə bir fikir yer alıb: 2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Njde kimi faşistləri dəstəkləyənlərə sayğı göstərdiyi üçün Nikol Paşinyanı ittiham edəndə, o, müqavimət göstərməyə çaşdısa da, özünü təkzib etdi.

Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət edən terrorçu Qaregin Ter-Arutyunyanın cinayət dolu həyat və fəaliyyəti barədə türkdilli oxuculara məlumat verən müəllif adıçəkilən cinayətkarın əməllərini təhlil edərək əsaslandırır ki, Njde təkcə faşistlərlə əməkdaşlıq edənlərdən deyil, həm də alman əsilli olmayanlar üçün faşist doktrinasının hazırlanmasında ən çox səy göstərənlərdən biri olub. Tədqiqatçı təəssüflə qeyd edir ki, faşistlərlə əməkdaşlıq edən tanınmış şəxslər arasında təkcə Njde dövlət qurumları (Ermənistan) tərəfindən “milli qəhrəman” kimi təqdim olunur.

Məqalədə faktlarla əsaslandırılır ki, Njdenin faşist düşüncələri 1998-2018 illərdə Ermənistanda dövlət ideologiyasına çevrilib. Buna qədər isə 1991-ci ildə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Yerevanın ən böyük ikinci meydanına və onun altında yerləşən metro stansiyasına Njdenin adını verib.

Qeyd edək ki, Maksim Qauin 1915-ci il hadisələrini ədalətli şəkildə araşdıran avropalı tədqiqatçılardan biri kimi erməni saxtakarlığının ifşa edilməsində böyük işlər görüb. Tədqiqatçının ifşaedici yazıları hər zaman Ermənistan hakimiyyətini və erməni millətçi dairələrini narahat edib. (azertag.az)

Mənbə axar.az


Digər xəbərlər


Merkelin arzuladığı dövlətlər - Avropa Birliyinə daha iki üzv

Angela Merkel iki ölkənin Avropa Birliyinə girə biləcəyinin siqnalını verib. Gülüstan.info xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel Al...

AŞPA yeni prezidentini seçdi

Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib. Gülüstan.info xəbər verir ki, o, bu vəzifədə isveçrəli deputat ...

“Exit poll” keçirəcək ilk təşkilatların adları açıqlandı - MSK-dan qərar

Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlər daxil olub. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev azərbaycanlı jurnalistə müsahibə verib — YENİLƏNİB

Artıq xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsi...