06.11.2019

“Holcim Azərbaycan” ASC-nin işçiləri etiraza qalxdı — «HÜQUQLARIMIZ POZULUR, DİVİDEND ALA BİLMİRİK»

Azərbaycan vətəndaşlarının İsveçrə şirkətinə narazılığı artır 

Bu gün «Holcim Azərbaycan» ASC-nin fiziki şəxs səhmdarları Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, “Holcim Azərbaycan” ASC-nin ən böyük səhmdarı İsveçrənin “LafargeHolcim” şirkətidir. “Holcim Azərbaycan” Qaradağ sement zavodunu idarə edir. 

Səhmdarlar hüquqlarının pozulmasından və dividend ödənilməməsindən şikayət edirlər:

“Holcim Azərbaycan” 20 il ərzində cəmi 4 dəfə dividend ödəyib. Şirkətin təxminən 95 milyon manat bölüşdürülməmiş mənfəəti var, həmin vəsaitdən səhmdarlara dividend ödəməlidirlər. Təxminən 320 narazı səhmdar var. Biz dəfələrlə zavod rəhbərliyi ilə görüşüb, fikirlərimizi bildirmişik. 20 il ərzində elə bir vəziyyət yaradıblar ki, çoxları səhmlərini satıb, 14%-dən 7%-ə düşmüşük. Məktublar yazırıq, suallar veririk, cavab vermirlər. 1 ton sementin maya dəyərini,  satış qiymətini, ödənilən vergilər barədə məlumatları ala bilmirik. Hüquqlarımız pozulur. Hazırda zavod işləyir, xalis mənfəət əldə edir. Biz zavodun səhmdarları olaraq dividend tələb edirik”.

Şikayətçilərin sözlərinə görə, “Holcim Azərbaycan” ASC yeni zavodun tikintisi üçün aldığı borca görə dividend ödəyə bilmədiyini bildirir:

“Bizə bildirilib ki, zavodun tikilməsi üçün avro ilə kredit götürülüb. Sonradan Manat  ucuzlaşıb  və şirkətə ziyan dəyib. Bu səbəbdən divided ödənilmir.

“Holcim Azərbaycan” ASC bizim şikayətlərə baxmır. Biz tələbimizi İsveçrə səfirliyi vasitəsilə LafargeHolcim” şirkətinə çatdırmaq istəyirik».

Şikayətçilər qətnaməni səfirliyə təqdim ediblər. Eyni zamanda, məsələ barədə Prezident Administrasiyasına da məlumat verilib.

Mənbə marja.az


Digər xəbərlər


“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...

Elon Musk bu ölkədə Gigafactory zavodu inşa edəcək

Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk bildirib ki, 4-cü Gigafactory zavodu Berlində inşa ediləcək. Həmin zavodda hə...