05.11.2019

Huawei şirkəti yaxın zamanda Google ilə əməkdaşlığı bərpa edə bilər

ABŞ ilə Çin arasındakı ticarət müharibəsi yavaş-yavaş sonlanmağa doğru gedir və bu öz növbəsində Google ilə Huawei arasındakı əməkdaşlığın bərpa olunmasına yardımçı olacaq. Bu cür bəyanatı ABŞ-ın ticarət naziri Wilbur Ross bildirib. Bu barədə Bloomberg saytı xəbər verib. Öz yeni bəyanatında Ross qeyd edib ki, ABŞ şirkətləri yenidən Huawei-yə öz texnologiyalarını təqdim edə biləcəklər. Nazirin sözlərinə əsasən ABŞ hökuməti Huawei ilə əməkdaşlıq icazəsi üçün müxtəlif şirkətlərdən 200-ə yaxın sorğu qəbul edib.

Bundan əlavə olaraq Donald Trump da yaxın müddətdə ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin sonlanmağını istəyir. Qeyd edək ki, bu ilin may ayında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya əlavə etdi və ABŞ şirkətlərinə Huawei ilə əməkdaşlığa qadağa qoydu. Bunun nəticəsində Mate 30 flaqman seriyası da daxil olmaqla Huawei şirkətinin bir sıra smartfonları Google servisləri olmadan satışa çıxdılar. Bununla yanaşı Huawei ilə əməkdaşlığın dayandırılması nəticəsində ABŞ şirkətləri də külli miqdarda vəsait itkiləri ilə qarşılaşdılar.

Mənbə technote.az


Digər xəbərlər


“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...

Elon Musk bu ölkədə Gigafactory zavodu inşa edəcək

Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk bildirib ki, 4-cü Gigafactory zavodu Berlində inşa ediləcək. Həmin zavodda hə...