22.11.2019

İnqilabi yenilik! Görüntülü danışdığınız adama toxuna biləcəksiniz

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz.

Publika.az xəbər verir ki, ABŞ-ın Nortvestern Universitetinin biomühəndisi Con Rocers və komandası yeni, kabelsiz və batareyasız toxunma hissini virtual mühitə köçürən “ağıllı dəri” təqdim ediblər.

Elm dünyası illərdir virtual dünyaya hisslərimizi əlavə etmək üçün işlərini davam etdirir. Çox sayda “elektronik dəri” cihazı istehsal edilsə də, bu texnologiyalar həmişə kabelli elektrodlara bağlı olurdu. Sözügedən aparatlar sürətli reaksiya vermirdi və o qədər də effektli deyildi. Ancaq Con Rocersin cihazı daha sürətli və real hisslər yaşadır.

Virtual toxunuş yumşaq və elastik bir təchizata qoşulmuş, sürətli proqramlaşdırıla bilən miniatür titrəməli disk sayəsində reallaşır. Bu sistem sayəsində ağıllı dəri, bədənə sensorlar vasitəsilə məlumat girişini təmin edir. Beləcə özümüzü qarşı tərəfə toxunmuş kimi hiss edirik.

Mənbə axar.az


Digər xəbərlər


Azərbaycanda yeni metro stansiyası açılır - Vaxt bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açıl...

Kürdəmir bələdiyyə sədrinin oğullarından vəhşilik - Həmkəndlilərini bıçaqladılar

Video əlavə olunub ***04:17 Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib. Hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, həmkənd...

Türkiyəyə aid donanma İsrail gəmisini qovdu

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfind...

3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...