05.11.2019

İşsizlər diqqət! Yeni müəssisələr yaradılır

«İxtisaslaşmış müəssisələr müstəqil olaraq yaradılacaq və həmin müəssisələrdə digər müəssisələrdən fərqli olaraq imtiyazlar müəyyən olunacaq»

Gələn ildən məşğulluğun təminatı sahəsində yeni proqramlara start veriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev məlumat verib. O bildirib ki, bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək. Bunun üçün ixtisaslaşmış müəssisələr də yaradılacaq: «İxtisaslaşmış müəssisələr məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən kateqoriyalı şəxslərin həmin müəssisələrdə işlə təmin olunmasıdır. Bu qəbildən olan müəssisələrdə digər müəssisələrdən fərqli olaraq işə düzəlməkdə çətinlik çəkənlərin sayı daha çox olacaq. İxtisaslaşmış müəssisələr müstəqil olaraq yaradılacaq. Həmin müəssisələrdə digər müəssisələrdən fərqli olaraq imtiyazlar müəyyən olunacaq. Onlar da zona olaraq fəaliyyət göstərəcək».

Xatırladaq ki, 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında ölkə başçısı sərəncam imzalayıb. Bu sərəncamın məqsədlərindən biri də, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsidir.

Qeyd edək ki, «Məşğulluq haqqında» Qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün məqsədli proqramlar da həyata keçirilə bilər. İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcə layihəsində fonddan gələn il məşğulluq sahəsində məqsədli proqramların həyata keçirilməsi üçün də vəsait ayrılması nəzərdə tutulub.

Mənbə sputnik.az


Digər xəbərlər


“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...

Elon Musk bu ölkədə Gigafactory zavodu inşa edəcək

Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk bildirib ki, 4-cü Gigafactory zavodu Berlində inşa ediləcək. Həmin zavodda hə...