01.11.2019

Konqresmendən “erməni soyqırımı” qətnaməsinin qəbulu ilə bağlı ETİRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Stiv Kohen, 29 oktyabrda ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılan 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını özündə əks etdirən qanun layihəsinin qəbul edilməsinin tarixi həqiqətlərə söykənmədiyini və siyasi olduğunu etiraf edib.

Siyasətçinin etirafını təqdim edirik.

“İctimaiyyətə məlum olduğu kimi, 29 oktyabrda ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılan 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını özündə əks etdirən qanun layihəsinin qəbul edilməsinin səbəbi siyasidir və tarixi faktlara söykənmir.

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokrat millət vəkili Stiv Kohen bunu etiraf edib.

Kohen, Anadolu agentliyinə müsahibəsində, qanun layihəsinin lehinə səs verməsinə  “Erməni qanun layihəsinə həmişə qarşı çıxmışam, lakin bu həftə layihənin lehinə səs verdim. Çünki Türkiyə ABŞ-a hörmət etmir kimi görünürdü” sözləriylə aydınlıq gətirib.

Kohen Türkiyənin Suriyada keçirdiyi Sülh Çeşməsi əməliyyatının qərarına təsir göstərdiyini qeyd edib: “Konqresin üsulunun dəyişdiyini söyləyə bilərəm. Erməni layihəsi üçün keçən ilə qədər heç vaxt 218 səs toplanmamışdı.”

Qeyd edek ki, Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin rədd edildiyi bildirilib və daxili siyasət motivləri ilə qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası olmadığı vurğulanıb.

Mənbə modern.az


Digər xəbərlər


Haqlı sanksiya bataqlığında batan İran iqtisadiyyatının həzin çöküşü FAKTLARLA

2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp dayandırılmış sanksiyaları yenidən tətbiq etməklə, rəsmi Tehranla 5+1 ö...

İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din...

"Erməni tərəfi üçün qəbuledilməz sənəd peyda olacaq"

Ermənistanın hazırkı hakimiyyəti bir-birinə zidd olan çoxsaylı bəyanatlar səsləndirir. Bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəh...

Ərdoğan: Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq münasibətlərini qorumaq istəyir

Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq münasibətlərini qorumaq istəyir və bunun üçün hər cür səy göstərir. Türkiyə KİV-lərinə istinadən verilə...