06.11.2019

Məclis başqanı Azər Qasımlı ReAl-dan getdi

ReAl-da kimsə Azər Qasımlının getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı.

Bu sözləri ReAl Partiyasının Xarici Əlaqələr katibi Erkin Qədirli öz Feysbuk səhifəsində paylaşıb.

“Bu gün səhər Azər Qasımlı jurnalistləri yanına yığaraq canlı yayımda ReAl-dan getdiyini söylədi. Bu mənim üçün gözlənilməz oldu. Dünən yazdığım kimi Azər ReAl-dan getmək istəyərsə, bu onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı. Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu. Bununla belə, dostluğumuz yerində qalır. Azərə bundan sonrakı işlərində uğurlar arzulayıram”, – deyə o bildirib.

Qeyd edək ki, ReAl Məclis başqanı Azər Qasımlı bu gün partiyadan getdiyini açıqlayıb.

Mənbə axar.az


Digər xəbərlər


Haqlı sanksiya bataqlığında batan İran iqtisadiyyatının həzin çöküşü FAKTLARLA

2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp dayandırılmış sanksiyaları yenidən tətbiq etməklə, rəsmi Tehranla 5+1 ö...

İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din...

"Erməni tərəfi üçün qəbuledilməz sənəd peyda olacaq"

Ermənistanın hazırkı hakimiyyəti bir-birinə zidd olan çoxsaylı bəyanatlar səsləndirir. Bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəh...

Ərdoğan: Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq münasibətlərini qorumaq istəyir

Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq münasibətlərini qorumaq istəyir və bunun üçün hər cür səy göstərir. Türkiyə KİV-lərinə istinadən verilə...