06.11.2019

Rusiya «Çernobıl» haqqında film çəkə bilər

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov «Rosatom» dövlət şirkətinə 1986-cı ildə Çernobıl AES-də baş verən hadisələri olduğu kimi canlandıracaq filmin yaradılmasını təklif edib.

V.Cabarov İngiltərənin AES-lə bağlı hadisələri öz ekran əsərində təqdim edərkən təhrifə yol verdiyini söyləyib.

O deyib:

«Bu yaxınlarda «Çernobıl» filmi işıq üzü görüb. Çoxları bu filmə baxıb. Bədii cəhətdən maraqlı olan bu ekran əsərində baş verən qəzada bəzi hadisələr təhrif olunub. Təəssüflə demək istəyirəm ki, cavanlar bu hadisəni görsəydilər filmə düzgün qiymət verərdilər».

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda fəlakətli nüvə qəzası baş verib. Nəticədə Pripyat ölü şəhərə çevrilib.

Mənbə axar.az


Digər xəbərlər


Heydər Əliyev Fondu Tağıyevin evini təmir etdirir

Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir olunur. Report-un xəbərinə görə, Heydər Əliy...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Mənim sevimli bayrağım" adı altında tədbir keçirilib - Foto

Uşaq evlərinin sakinləri «Mənim sevimli bayrağım» rəsmlərini çəkiblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əy...

Prezident televiziya və radio işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.  «Repor...

Dahi Mirzə Şəfi Vazehin əsərləri Berlinin Humboldt universitetində - FOTOLAR

Müəllimi ona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi,  o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusu...