10.11.2019

Sabah havanın temperaturu yüksələcək — 23 dərəcə isti

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Gün ərzində mülayim cənub-qərb  küləyi əsəcək. Havanın temperaturu  gecə 10-14° isti, gündüz  18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz  19-21°  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.  

Noyabrın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.  Havanın temperaturu gecə 6-11° isti, gündüz  18-23° isti, dağlarda gecə 3-8° isti,  gündüz  13-18° isti təşkil edəcək.

Mənbə modern.az


Digər xəbərlər


Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət sürəti artırılır

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə,...

İnqilabi yenilik! Görüntülü danışdığınız adama toxuna biləcəksiniz

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz. Publika.az xəbər verir ki, ABŞ-ın N...

Paytaxtda iki marşrut xətti üzrə avtobuslar yeniləri ilə əvəzləndi

Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vas...

Marağa məntəqəsində olan kəndlərdən əhali boşaldılır

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan Əyalətində də kəndlər tədricən əhalidən boşalır. Şərqi Azərbaycan valisi...