26.11.2019

Tesla Cybertruck ön sifarişlərdə bütün gözləntiləri darmadağın etdi

Tesla şirkətinin ilk pikap modeli olan Cybertruck-ın təqdimatı bir qədər mübahisəli alındı. İnternetdə yeni elektromobilin dizaynı və güllə keçirməz şüşələri barəsində çoxlu sayda memlər ortaya çıxıb. Lakin bütün bunlar Cybertruck-ın məşhurluq qazanmasına mane olmayıblar. Belə ki, Elon Musk-ın verdiyi məlumata əsasən Cybertruck-ın müxtəlif versiyalarının ön sifariş göstəriciləri diqqəti cəlb edir. Bu barədə Techcrunch saytı xəbər verib.

Musk-ın verdiyi məlumata əsasən elektromobilin təqdimatından sonra bir neçə gün ərzində Tesla şirkəti Cybertruck-ın alınması üçün 146.000 ön sifariş əldə edib. Məlumatda qeyd edilib ki, ön sifarişlərin böyük hissəsi 3 mühərrikli və 2 mühərrikli versiyaların payına düşür. Belə ki, ön sifarişlərin ümumi sayının 41%-i 3 mühərrikli versiyasının, 42%-i isə 2 mühərrikli versiyasının üzərinə düşüb. Ön sifarişlərin ümumi sayının 17%-ni Cybertruck-ın standart versiyası təşkil edib.

Qeyd etmək lazımdır ki, ön sifariş dedikdə elektromobilin tam qiymətinin ödənilməsi nəzərdə tutulmur. Onun  istehsalına hələ 2021-ci ildə start veriləcək. Ön sifarişin qeydə alınması üçün isə sadəcə olaraq öncədən 100$ vəsait ödəmək lazımdır. Beləliklə ön sifarişlərin nəzərə alınması ilə Tesla şirkəti artıq 15 milyon dollar gəlir əldə edib. Qeyd etmək lazımdır ki, Cybertruck-ın standart versiyası 39.900$-a, 2 mühərrikli versiyası 49.900$-a, 3 mühərrikli versiyası isə 69.900$-a satılacaq.

Mənbə technote.az


Digər xəbərlər


Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə «Azərbaycan Hava Yolları» və «Buta Airways» aviaşirkətlərini...

İşçiləri əsassız yerə işdən çıxaranlar məsuliyyətə cəlb ediləcək

Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək. Əmək və Əhalinin S...

Bu şəxslərə əlavə ödənişlər ediləcək - Əli Əsədov qərar imzaladı

Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddə...