13.11.2019

Trampdan Ərdoğana dodaq uçuqladan məbləğdə saziş TƏKLİFİ

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sazişi, habelə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ətrafındakı ziddiyyətləri həll etməyin mümkün yolları haqqında təklif irəli sürüb. 

“Qafqazinfo” xəbə verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

“Tramp keçən həftə Ərdoğana ünvanladığı yeni məktubda Türkiyə Prezidentinə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərini alması ilə əlaqədar ABŞ-ın sanksiyalarının qarşısını almaq üçün 100 milyard dollarlıq bir sövdələşmə və bir həll yolu tapılmasının hələ mümkün olduğunu söyləyib”, — deyə nəşr ABŞ Prezident Administrasiyasındakı yüksək səviyyəli mənbələrə istinadən yazıb. 

“Biz bunu (ticarət təklifi – red.) türklər Suriyaya girəndə gündəmdən çıxartdıq. Ancaq atəşkəs barədə razılıq əldə etdikdən sonra hazırkı səfərin də daxil olduğu təkliflər paketinin bərpasına qərar verdik”, -deyə mənbələrdən biri qəzetə açıqlamasında deyib.

Qeyd edək ki, Trampla Ərdoğanın bu gün görüşü planlaşdırılıb.

Xatırladaq ki, rəsmi  Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Ankaranın “S-400” alması, ABŞ-ın Türkiyəni istehsal zəncirindən kənarlaşdırması və eləcə də Amerikanın “F-35” qırıcılarının alınması ilə nəticələnib.

Bundan əlavə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen bildirmişdi ki, “S-400” sazişi qüvvədə qalacağı təqdirdə, Konqresin təsdiqlədiyi “ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar” (CAATSA) qanunu ilə Türkiyəyə sanksiya tətbiq ediləcək.

Mənbə gunaz.tv


Digər xəbərlər


Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respub...

Davudoğlu yaratdığı yeni partiyasını elan etdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.“Hurriyet”ə istinadən xəbər verilir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Pa...

Böyük Britaniyanın AB-dən çıxacağı vaxt bəlli oldu

Britaniya Avropa Birliyindən yanvarın 31-də ayrılacaq. Bunu Britaniya Baş naziri Boris Conson deyib. Qeyd edək ki, bundan öncə Breksitin oktyab...

“Erməni soyqırımı”nın qəbulu ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu

ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi. Bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, ötən gün qətnamənin qəbul ed...