28.11.2019

Xiaomi 66 Watt sürətli şarj dəstəkləyən telefon hazırlayır

Sürətli şarj texnologiyaları mobil telefonların ən önəmli detallarından biri olub artıq. Mobil bazarda rəqabət aparan şirkətlər daima çalışır ki, ən sürətli şarj olan telefonu və texnologiyanı təqdim etsinlər. Bu səfər isə Xiaomi-dən yeni xəbərlər var. Dekabr ayında təqdim edilməsi gözlənilən Redmi K30 sızan məlumatlara görə tək təqdim olunmayacaq. 5G dəstəkli daha 2-3 modelin təqdim olunması gözlənilir.

Çində 3C sertifikatı üçün cihazların qeydiyyatı zamanı Xiaomi tərəfində bir neçə fərqli modelin olacağı aşkarlanıb. Ən əsası isə bu cihazlardan birində 66 Watt sürətli şarj texnologiyası olacaq.

3C sertifikatı zamanı sızdırılan cihazın parametrləri bəlli deyil, lakin əgər dekabr ayında təqdim edilərsə hal-hazırda mövcud olan ən sürətli şarj olan cihaz ünvanına malik olacaq. Cihaz haqqında bilinən digər məlumatlar «M2001J1E” və «M2001J1C” kod adlarında istehsal ediləcəyi və 5G dəstəyinin olacağıdır. Digər tərəfdən aşağıdakı şəkildə görəcəyiniz kimi «M2001J2E” və «M2001J2C” kod adlı modellərdə isə 30 Watt sürətli şarj texnologiyası olacaq.

Mənbə ekonews.az


Digər xəbərlər


Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə «Azərbaycan Hava Yolları» və «Buta Airways» aviaşirkətlərini...

İşçiləri əsassız yerə işdən çıxaranlar məsuliyyətə cəlb ediləcək

Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək. Əmək və Əhalinin S...

Bu şəxslərə əlavə ödənişlər ediləcək - Əli Əsədov qərar imzaladı

Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddə...