06.11.2019

Xiaomi şirkəti 108 MP’lik kameraya sahib CC9 Pro smartfonunu təqdim etdi — QİYMƏTİ

Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Xiaomi şirkəti CC9 Pro smartfon modelini təqdim etdi. Sözügedən smartfonun əsas özəlliyi isə ondan ibarətdir ki, o, 108 MP-lik kameraya sahibdir. Beləliklə Xiaomi CC9 Pro modeli Full HD+ keyfiyyətli 6.47 düym AMOLED ekran əldə edib. Gövdənin nazik çərçivələrə sahib olmasına baxmayaraq istehsalçı smartfon ekranında ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəni saxlayıb. Barmaq izi skanı texnologiyası isə birbaşa ekrana inteqrasiya edilib.

Smartfon 2.2 GHz tezlikdə çalışan 8 nüvəli Snapdragon 730G prosessoru ilə təchiz olunub. Digər texniki göstəricilərə gəldikdə isə CC9 Pro modeli Adreno 618 qrafik çipi, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 20 MP + 12 MP + 5 MP + 2 MP 5 arxa kamera, 32 MP-lik ön kamera, 30 vatt gücündə sürətli enerji yığma texnologiyalı 5260 mAh enerji tutumlu batareya və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul ilə təchiz olunub. Deməli CC9 Pro modelinin sahib olduğu 5 arxa kamera modulunun hər biri konkret çəkiliş rejimi üçün nəzərdə tutulub.

— 5 MP-lik kamera modulu 5 qat optik zoom və 50 qat hibrid zoom-u dəstəkləyir.

— 12 MP-lik kamera modulu portret çəkilişlər üçün nəzərdə tutulub.

— 108 MP-lik (f/1.7 diafraqmalı) kamera modulu mənzərə və daha sonradan kəsilmə prosesinə ehtiyac duyan fotoların çəkilməsi üçün nəzərdə tutulub. Bu kamera həmçinin optik stabilizasiya funsksiyasını da dəstəkləyir.

— 20 MP-lik kamera modulu genişbucaqlı obyektiv funksiyasını yerinə yetirir.

— 2 MP-lik kamera modulu 1.5 santimetr məsafədən makrofotoların çəkilməsini mümkün edir.

Maraqlısı ondadır ki, təqdimatdan öncə şirkət bu smartfonu DxOMark saytının mütəxəssislərinə test üçün vermişdi. Nəticədə CC9 Pro modeli 121 xal toplayaraq ən yaxşı kameralara sahib smartfonlar siyahısında Huawei Mate 30 Pro ilə yanaşı birinci yerdə qərarlaşdı. Smartfon MIUI 10 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 11 noyabr tarixində satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 398$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 440$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 497$-a satılacaq. Qeyd etmək lazımdır ki, smartfon qlobal bazarda Mi Note 10 Pro adı ilə satışa çıxacaq.

Mənbə technote.az


Digər xəbərlər


“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...

Elon Musk bu ölkədə Gigafactory zavodu inşa edəcək

Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk bildirib ki, 4-cü Gigafactory zavodu Berlində inşa ediləcək. Həmin zavodda hə...