21.11.2019

Yeni açılacaq radio üçün ikinci şirkət müraciət etdi

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə iki şirkət sənədlərini təqdim edib.

Bunu MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq: “Təbii ki, maraqlananlar çoxdur. Amma rəsmi qaydada müraciət edənlərin sayı ikidir”.

Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək (şənbə və bazar günləri istisna оlmaqla) davam edəcək. Sənədlər MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul olunur. 

Mənbə report.az


Digər xəbərlər


Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında iştirak edib - FOTO

Britaniya Şurası (British Council) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Study UK Alumni Awards 2019”un qaliblərinin adlarını açıqlayıb. ...

Bu da 2019-cu ilin ən yaxşı filmləri - SİYAHI

“The Hollywood Reporter” jurnalının kino tənqidçisi Todd MakKarti 2019-cu ilin ən yaxşı filmlərinin siyahısını təqdim edib. Siyahıda ilk yeri...

Fransada Azərbaycanın musiqilərindən ibarət konsert keçirilir - FOTO

Fransanın Kolmar şəhərində Şəki ilə Kolmar şəhərlərinin qardaşlaşması çərçivəsində Azərbaycanın musiqilərindən ibarət konsert keçirilir.  Az...

Heydər Əliyev Mərkəzi Ulu öndərin anım günü ilə bağlı videoçarx hazırlayıb

Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı videoçarx hazırlayıb. Həmin videoçarxı təqdim edirik: ...