25.12.2019

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi BSU-da qeyd edilib (FOTO)

Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov bildirib ki, bu gün BSU-nun kollektivinin həyatında mühüm bir gündür. Biz bu gün xalqımızın böyük mütəfəkkir oğlu Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir keçiririk. Böyük fikir, düşüncə sahibi olan Əhməd bəy Ağaoğlu yalnız xalqımızın deyil, bütün Türk dünyasının qüdrətli zəka sahibidir. Əhməd bəy Ağaoğlu tükçülük ideologiyasının ən tanınmış və ən nüfuzlu simalarından biridir. Professor Rafiq Novruzov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il aprel ayının 10-da “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bizim bugünkü tədbirimiz də həmin Sərəncama uyğun olaraq keçirilir. Sərəncamda göstərilir ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

Tədbirdə Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra Pedaqogika və psixologiya kafedrasının müəlimi Aynur Qasımova “Əhməd bəy Ağaoğlunun təhsil illəri” mövzusunda, kafedranın müəllimləri Səbinə Cəfərova “Əhməd bəy Ağaoğlunun ailəsi haqqında”, Vüsalə Qurbanova “Əhməd bəy Ağaoğlunun İslam dünyasında qadına münasibət barədə düşüncələri” mövzusunda, Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənova “Əhməd bəy Ağaoğlunun jurnalist fəaliyyəti” mövzusunda, BSU-nun Hazırlıq şöbəsinin dinləyicisi Səmən Başağa “Əhməd bəy Ağaoğlunun Türkiyə Respublikasındakı ictimai-siyasi fəaliyyəti” mövzusunda, Beynəlxalq münasibətlər kafedrasının dissertantı Günel Üstündağ “Əhməd bəy Ağaoğlu və Mustafa Kamal Atatürk” mövzusunda, Pedaqogika və psixologiya kafedrasının müəllimi Afaq Nəsibova “Əhməd bəy Ağaoğlu “Difai” Partiyasının yaradıcısı kimi” mövzusunda çıxış ediblər. Çıxışlarda görkəmli mütəfəkkir-alim Əhməd bəy Ağaoğlunun çətin və keşməkeşli həyat yolu, zəngin ictimai-siyasi və bədii-publisistik fəaliyyəti öz geniş əksini tapıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mənbə trend.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...