Bakı 25 ℃

USD 1.7
RUB 0.024
EUR 1.915
TRY 0.2483
Qızıl 3005.8295
Gümüş 30.477

03.12.2019

Pos-terminalları quraşdırmayanlara qarşı CƏRİMƏ gəlir

Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyişikliklər belə hallara qarşı vergi qanunvericiliyinin müddəalarının bir qədər də sərtləşdirilməsini özündə ehtiva edir.

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinqdə bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb:

“Bu hal ilk dəfə baş verdikdə 1000, ikinci dəfə olsa, 3000 və növbəti ildə isə təkrarlansa, 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Bundan başqa, ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatları barədə məlumatların elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim edilməsi, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyanın tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələblərinin dəqiqləşdirilməsidir.

Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin aydınlaşdırılması və vergi nəzarətinin təkmilləşdirilməsi bu dəyişikliklərə aiddir”.

Mənbə oxu.az


Digər xəbərlər


Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbar...

Amazonun rəhbərinin "dodaq uçuqladan" sərvəti

ABŞ, epidemiyada yalnız yoluxma və ölüm sayı ilə deyil, işsizlik ilə də dünyada fərqlənir. Gulustan.info xarici mediaya istina...

Əmək müqaviləsinin forması dəyişdirilir

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni q...