Bakı 22 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

04.12.2019

Nazirlər toplaşdı — Yeni mərkəz yaradılır

«2018-ci ildə İƏT ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd. ABŞ dollarından çox olub, lakin bu göstərici artırılmalıdır və bunun üçün böyük imkanlar var» — İnam Kərimov

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir.

İclasda Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək bildirib ki, Azərbaycan ilə İƏT-ə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çoxdur. Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platforması hesab edir. İƏT ölkələri Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq yaradıb.

Azərbaycanlı nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi İƏT-ə üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb:

“Mərkəzin fəaliyyəti ilə bağlı sənədin layihəsi artıq yerli qurumlar və üzv ölkələrlə razılaşdırılıb. Əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində İƏT-ə üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır”.

Nazir bildirib ki, üzv ölkələr ticarət dövriyyəsini artırmalıdır: “2018-ci ildə İƏT ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd. ABŞ dollarından çox olub, lakin bu göstərici artırılmalıdır və bunun üçün böyük imkanlar var”.

O qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər aparılır: “Bu ilin 9 ayı ərzində aqrar sektorun inkişafı 7% təşkil edib. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, son 15 ildə ölkə iqtisadiyyatı 3 dəfə artıb”.

Mənbə sputnik.az


Digər xəbərlər


Media nümayəndələrini "işverən" adlandıran şəxs polis tərəfindən saxlanılıb

Bu gün «Fairmont Baku» otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərə...

Azərbaycanda daha 523 nəfərdə COVID-19 aşkarlanıb - 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 523 yeni yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq s...

icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-...

Daha bir həkim koronavirusdan həyatını itirdi

Astaranın məşhur həkimlərindən biri, cərrah Kamil Əliyev COVİD-19-un qurbanı olub. Bu barədə həkimin yaxınları sosial şəbəkədə...

Rusiya radiasiya iddiasına cavab verdi - ABŞ-ın dezinformasiyasıdır

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Rıabkov Skandinaviya ölkələrində radiasiyanın səviyyəsinin Rusiyanın yeni nəsil sila...

Vanda mühacir fəlakəti: Ölənlərin sayı 10-a yüksəldi

Van gölündə mühacirləri daşıyan gəminin axtarışları nəticəsində daha 2 cansız cəsəd tapılıb. Gulustan.info xəbər verir ki, göl...

Yenilənmiş 8103 SMS icazəni necə alacağıq? - Video

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində ol...

Sobsan boya fabrikində yanğın - VİDEO

Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. Gulustan.info xəbər verir ki, sexdə yan...