Bakı 24 ℃

USD 1.7
RUB 0.0311
EUR 1.7918
TRY 0.0979
Qızıl 3104.3955
Gümüş 35.815

05.12.2019

Venesiyadakı qədim türk tapmacaları alimləri şoka saldı…

Qeydə alınmış ilk türk tapmacaları Venesiyada saxlanılan əlyazmalardır. Bu didilmiş dəftərin ən köhnəlmiş iki səhifəsində 47 ədəd tapmaca yazılıb.

Bu barədə görkəmli türkoloq alim, bir çox kitab və tarixi məqalənin müəllifi, Qazaxıstan Elmi-Tədqiqat Mədəniyyət İnstitutunun və Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin Elmi komitəsinin Dilçilik İnstitutunun baş elmi işçisi Aleksandr Nikolayeviç Qarkavets danışıb.

Onun sözlərinə görə, qədim əlyazmanın müəllifi qıpçaqlar arasında dinin təbliği və nəsihətlərin, müqəddəs yazıların, himnlərin qıpçaq dilinə tərcüməsi ilə məşğul olub.

“Onun adı Antoniodur, özü isə Finale şəhərindən olub. Antonio de Finale adına qıpçaq dilinin yazılı abidəsi olan “Codex Cumanicus” əlyazmasında da rast gəlinir. Sonrada bu əlyazma Venesiyada İtaliyanın intibah dövrünün məşhur şairi Françesko Petrarkinin əlinə keçir. Hazırda əlyazma Markiana Milli Kitabxanasında saxlanılır”, – deyə alim bildirib.

O, bu əlyazmada 47 tapmacanın olduğunu qeyd edib:

“Mən tapmacaların düzgün tərcümə edildiyini və cavablarının doğru tapıldığını düşünürdüm. Ancaq bir tapmaca ilə bağlı yanılmışdım. Bu tapmaca belə yazılıb: “Butu-butu uzun, butumdan arïq ol, uzun”. Mən bunu “Onun budu mənim budumdan daha arıq və uzundur” kimi tərcümə etdim. Ancaq bu yanlış idi. Yanlışlıq müəllifin “arïq” sözünü yazdıqdan sonra qələmi mürəkkəbə batıraraq “ol” sözünü yazması səbəbindən baş verdi. Biz bu sözlərin ayrı-ayrı kəlmələr olduğunu düşündük, onlar arasında ara məsafəsi yox idi. Həmçinin, növbəti tapmacanın mancanaq haqda olduğuna diqqət yetirmirdik. Mancanaq həm quyu üzərində qaldırıcı vasitə, həm də tikintidə istifadə olunan krandır. Onun çox hündür bir “ayağı” və uzun “qolu” vardır. Sonradan mən sözü düzgün ayırmadığımı və tapmacanın cavabının mancanaq haqqındakı növbəti tapmacada olduğunu anladım. Yeni nəşrdə bu tapmacanın düzgün oxunuş qaydasını çap etməyə müvəffəq oldum və buna görə çox xoşbəxtəm: “Butu – butu uzun, butundan arï – qol uzun” (Onun budu uzun, qolu budundan uzun”), — deyə Qarkavets nəql edir.

Mənbə axar.az


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...