Bakı 27 ℃

USD 1.7
RUB 0.0231
EUR 2.0061
TRY 0.232
Qızıl 3273.3075
Gümüş 43.8575

09.12.2019

Yas mərasimlərinə ediləcək qadağalarla bağlı AÇIQLAMA

«Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin. Bu, tövsiyə xarakterli bir çağırışdır».

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, islamda yas mərasimlərinin təşkili ilə bağlı mütəxəssislərin, imamların geniş açıqlamaları var: «Bir var adət-ənənələr, bir var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz islami dəyərlərə diqqət yetirsək, islam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü büruzə verir. Əlbəttə, burada hər hansı bir qadağadan söhbət gedə bilməz. Bu, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Bu, zamana bağlı olan məsələdir. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz. Məsələ təbliğat yolu ilə tədricən həllini tapacaq. İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək, bu addımı atıb. Bir çox kənddə, rayonda ümumi razılıqla bu məsələləri həll ediblər”.

Komitə sədri hesab edir ki, burada tövsiyələr mühüm rol oynayır. (apa.az)

Mənbə musavat.com


Digər xəbərlər


Paytaxtda dezinfeksiya işləri aparılacaq

Bakıda növbəti dezinfeksiya işləri görüləcək. Gulustan.info xəbər verir ki, sabah, avqust ayının 15-i səhər saatlarından etiba...

Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

Avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi ma...

Müəllimlərin işə qəbulu üzrə imtahanı başlayıb

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır. Gulustan.info xəbər verir ki, bu mərhələdə 46 228 nam...

Fələstin BƏƏ-dəki səfirini geri çağırır

Fələstin İsrail ilə münasibətləri normallaşdırmaq qərarından sonra BƏƏ-dən səfirinin geri çağırıldığını elan etdi. Bunu Fələst...

ÜST “peyvənd millətçiliyi”ndən çəkinməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı peyvənd axtarışında dünya ölkələrini sıx qlobal əməkdaşlığa dəvət e...

Koronavirusa yoluxan mer ölüb

İyul ayının ikinci yarısında koronavirusla yoluxan Karakas meri, 70 yaşlı Dario Vivas vəfat edib. . “TASS” xəbər verir ki, bu...

Ərdoğandan Yunanıstana mesaj - "Hücum etsəniz, cavabını alacaqsınız"

Şərqi Aralıq dənizində Yunanıstanın atdığı addımlardan sonra Türkiyə Prezidenti rəsmi Afinanı hədələyib. Gulustan.info xəbər v...

Dondurulmuş qidalarda Covid-19 aşkarlanıb

Braziliyadan Çinə gətirilən dondurulmuş toyuq qanadlarında Covid-19 aşkar edilib. Gulustan.info xəbər verir ki, bunu Çin rəsmi...