«Nəsimi» baletini bu dəfə türklər oynadı
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Samsun valisinin müavini Sezgin Üçüncü və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı səhnə arxasında yaradıcı heyətlə görüşüb, səfirliyin və TÜRKSOY-un adından təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər
Samsun şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun «Nəsimi» baletinin premyerası olub.
Layihə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi, həmçinin türk dünyasında «Nəsimi ili» elan edilməsi münasibətilə reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.
Nəsimi rolunda Samsun Opera və Balet Teatrının sənətçiləri — Orçun Ünal, Cem Şenoğlu və Həsən Özvar (gənclik yaşında), şairin həyat yoldaşını Busə Cengiz, qızını İdil Şengül, Misir Sultanı obrazını Süleyman Taşçıoğlu oynayıblar.
Premyeradan sonra Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Samsun valisinin müavini Sezgin Üçüncü və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı səhnə arxasında yaradıcı heyətlə görüşüb, səfirliyin və TÜRKSOY-un adından təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.
Məlumat verilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi dünya poeziyasının görkəmli simalarından olan Nəsiminin yaradıcılığına böyük diqqət göstərərək «Nəsimi» baletinin Türkiyə premyerasını səhnələşdirmək üçün Azərbaycanın görkəmli sənətkarlarına: Xalq artistləri — Əməkdar incəsənət xadimi, dirijor, professor Yalçın Adıgözəlova, xronoqraf Kamilla Hüseynovaya, libretto müəllifi Əjdər Ulduza müraciət edib. Azərbaycanın görkəmli sənətçiləri «Nəsimi» baletinin Türkiyə premyerasında uğurla səhnəyə çıxarılması üçün böyük səy göstəriblər.
Mənbə sputnik.az
Digər xəbərlər

Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti Şuşada keçiriləcək
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keç...

Azərbaycan və İsrail birgə film çəkir
Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı “Oğuz yəhudiləri” adlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb. Azər...

II Milli Yaylaq Festivalı keçiriləcək
İyulun 29-31-də Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda ...

“Avroviziya-2023” Britaniyada keçiriləcək - RƏSMİ
Avroviziya mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi rəsmiləşib. Gulustan.info xəbər verir ki, bu barədə ...

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət pay...

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib
Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsiqiçi Adilə Əliyeva ölkə...

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərənc...

Şuşada Vaqif Poeziya Günləri başlayıb
İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilat...