Bakı 26 ℃

USD 1.7
RUB 0.0231
EUR 2.0061
TRY 0.232
Qızıl 3273.3075
Gümüş 43.8575

20.12.2019

“Molla Nəsrəddin” jurnalının karikaturaçı-rəssamının rəqəmsal arxivi yaradılır

“Molla Nəsrəddin” satirik jurnalının əksər karikaturalarının müəllifi, alman rəssam Oskar Şmerlinqin (1863-1938) rəqəmsal arxivi hazırlanır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, layihə üzrə araşdırmaçılar ABŞ-dan olan Naomi Kaffi (Naomi Caffee) və Robert Denisdir.

Araşdırmaçılar layihənin Tbilisidə keçirilən təqdimatında bildiriblər ki, O.Şmerlinqin rəqəmsal arxivinin yaradılmasına ABŞ-ın araşdırma mərkəzlərinin dəstəyi ilə 2018-ci ildə başlanılıb. Arxiv üçün O.Şmerlinqin karikaturaları və onun haqqında sənədlər Gürcüstanın Milli Parlament Kitabxanası və Milli Arxivindən toplanıb.

N.Kaffi deyib ki, O.Şmerlinqin 1900-cı illərin əvvəllərində əməkdaşlıq etdiyi “Molla Nəsrəddin”, gürcüdilli “Eşmaxis Matraxi” (Şeytanın qamçısı), erməni dilli “Xatabala” jurnalları üçün çəkdiyi karikaturalarda oxşar mövzulara rast gəlinir: “Bu mövzulara o dövr üçün aktual olan ana dilində təhsil, din, inqilablar, siyasi oyanış daxildir. Karikaturaçının illüstrasiyaları ilə həmin dövrdə baş vermiş proseslər arasında paralellər aparmaq və onları müqayisə etmək olur”.

Araşdırmalar zamanı karikaturaçı-rəssamın həyatı və çalışdığı “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı sənədlər də üzə çıxıb. Bu sənədlər arasında “Molla Nəsrəddin” jurnalının Tbilisidə nəşr olunması ilə bağlı onun müəllifi, Azərbaycanın böyük ədibi, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin Tiflis qubernatoruna 1906-cı ilin fevralında ünvanladığı ərizə, onunla və O.Şmerlinq arasında yazışmalar da yer alıb. Alman rəssamın həmçinin 1920-1921-ci illərdə Azərbaycanda — Gəncə və Xankəndində yaşayıb fəaliyyət göstərdiyi də məlum olub. Rəssamın tapılan bioqrafik sənədlərində onun Tbilisidə deyil, Stavropolda anadan olması qeyd edilib.

R.Denis vurğulayıb ki, rəqəmsal arxiv üzərində işlər davam etdirilir və artıq www.schmerling.org saytı istifadəyə verilib: “Oskar Şmerlinqin bütün rəsmləri, illüstrasiya, karikaturaları, həyat və yaradıcılığı ilə bağlı bütün sənədləri toplayaraq onları rəqəmsal arxivə daxil etməyə çalışırıq. Sayt hələlik yalnız ingilis dilindədir. Onlayn resursun gələcəkdə rus, gürcü, Azərbaycan, erməni dillərinə də tərcümə olunması nəzərdə tutulub”.

Qeyd edək ki, O.Şmerlinq 1906-1917-ci illərdə “Molla Nəsrəddin” jurnalının əsas rəssamı olub. Nəşrin baş qəhrəmanı Molla Nəsrəddinin bədii obrazı da ona məxsusdur.

Mənbə report.az


Digər xəbərlər


Ennio Morrikone vəfat etdi

Məhşur italiyalı bəstəkar Ennio Morrikone vəfat edib. Gulustan.info xəbər verir ki, Ennio Morrikone 94 yaşında müalicə alarkən...

İlham Əliyev Əmir Pəhləvana mənzil bağışladı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana mənzil bağışlayıb. Bu,...

Qalatasaray klubu tanınmış futbolçuları ilə sağollaşır

Türkiyənin «Qalatasaray» klubu 5 futbolçusu ilə yollarını ayırmaq istəyir. Gulustan.info «Milliyet»-ə isti...

İranın sabiq Mədəniyyət naziri Nizami Gəncəvini İran şairi kimi təqdim edib

İranın keçmiş Mədəniyyət naziri Əhməd Məscid Camei Azərbaycanın dahi şairi Nizami Gəncəvini fars şairi kimi təqdim edib. Hazır...

Dieqo Maradona İspaniya yığmasına rəhbərlik edə bilər

Futbol əfsanəsi Dieqo Maradona İspaniya milli komandasının baş məşqçisi təyin oluna bilər. Gulustan.info xəbər verir ki, İspan...

İlham Əliyev rəssama mənzil hədiyyə etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevə mənzil bağışlayıb. Bu barədə rəssam şəxsi F...

Ağqoyunlulara məxsus Quran London hərracında naməlum ölkə tərəfindən satın alınıb

Azərbaycan tarixinin bir parçası olan Quran Londonun «Christie’s» salonunda keçirilən hərracda satılıb. Gulust...

Türkiyə İngiltərədən Sultan Mehmedin portretini satın alıb

İstanbulun Böyük Şəhir Bələdiyyəsi İngiltərənin «National Gallery» muzeyinin daimi sərgilənən sənət əsərləri arasında y...