18.12.2019

İstanbulda erməni terroristi tərəfindən qətlə yetirilən Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub — FOTO

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri işləmiş Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsi şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşdirilib.

Açılış mərasimində ölkəmizin İstanbuldakı baş konsullu Məsim Hacıyev, İstanbul Valiliyinin, Beyoğlu Bələdiyyəsinin və konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının, KİV-lərin və QHT-lərin nümayəndələri, bu şəhərdə yaşayan həmyerlilərimiz və tələbələr iştirak ediblər.

Qeyd edək ki, 1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilən Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğlu olub. 1918-ci ilin iyunun 17-də Fətəli xan Xoyskinin yaratdığı hökumətdə Daxili İşlər naziri vəzifəsini tutan Behbud xan Cavanşirin Azərbaycanda bu sistemin formalaşmasında xidmətləri danılmazdır. O, eyni zamanda, ölkənin Ticarət və Sənaye naziri kimi də fəaliyyət göstərib. (xəbər və foto: report.az)

Mənbə moderator.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...