03.12.2019

Pos-terminalları quraşdırmayanlara qarşı CƏRİMƏ gəlir

Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyişikliklər belə hallara qarşı vergi qanunvericiliyinin müddəalarının bir qədər də sərtləşdirilməsini özündə ehtiva edir. 

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinqdə bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb:

“Bu hal ilk dəfə baş verdikdə 1000, ikinci dəfə olsa, 3000 və növbəti ildə isə təkrarlansa, 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Bundan başqa, ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatları barədə məlumatların elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim edilməsi, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyanın tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələblərinin dəqiqləşdirilməsidir.

Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin aydınlaşdırılması və vergi nəzarətinin təkmilləşdirilməsi bu dəyişikliklərə aiddir”.

Mənbə oxu.az


Digər xəbərlər


ABŞ ilə Çin Apple məhsullarının qiymətlərini qaldırmayacaq

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər. Həmin razılşmaya əsasən import məhsullar üçün nəzərdə tutulmuş əlavə d...

Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür

Microsoft şirkəti Your Phone (Telefonunuz) tətbiqi ilə Windows 10 üzərindən Android cihazları idarə etməyi mümkün ...

Bu mallar da idxal gömrük rüsumundan azad edildi

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələri 15 faiz idxal gömrük rüsumundan azad edilib. N...

Funt-seterlinq yenə də bahalaşdı

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib. Xəbər ve...