03.12.2019

Amnesty İnternational İranda baş verən son etirazlarda rejim tərəfindən öldürülənlərdən yazdı

Amnesty International beynəlxalq insan haqları təşkilatı dekabrın 2-də İrandakı son etirazlarda öldürülənlərin sayı barədə yeni və 4-cü hesabatını yayıb.

Hesabatda bildirilir ki, noyabrın 15-də İranın yüzdən çox şəhərində keçirilən dinc etirazlarda rejim qüvvələri tərəfindən öldürlənlərin sayı getdikcə artır: “Bizim etibarlı mənbələrdən aldığımız məlumata əsasən, İranda baş verən son etirazlarda rejim qüvvələri tərəfindən öldürülənlərin sayı 208 nəfərə çatıb. Lakin buna baxmayaraq güman edilir ki, etirazlarda ölənlərin sayı qat-qat çoxdur. Ən çox öldürülənlər isə Tehran əyalətinin Şəhriyar şəhərində qeydə alınıb.

Amnesty International təşkilatının Yaxın Şərq regionu üzrə direktoru Filip Lüter jurnalistlərə açıqlamasında deyib ki, təşkilata daxil edilən son məlumatlar göstərir ki, İranın təhlükəsizlik qüvvələri çox dəhşətli bir qətliama əl atmış, bir həftədən az bir müddətdə ən azı 208 etirazçını qətlə yetiriblər: “Etirazçılara qarşı odlu silahlardan atəş açılması insan tələfatının artmasına səbəb olub. Hesab edirik ki, törədilmiş qətliama görə, İrandakı məsul şəxslər cavabdehlik daşımalı olacaqlar.

Təşkilata daxil edilən məlumatlarda həmçinin bildirilir ki, öldürülənlərin ailələri rejim tərəfindən təhdid edilib. Onların azad mediaya müsahibə verməsinə, övladlarına yas saxlamasına qadağa qoyulub.  Etiralarda övladlarını itirən bəzi ailələr də beynəlxalq hüquq müdafiəçilərinə bildiriblər ki, onlar övladlarının meyitlərini təhvil almaq qarşılığında hökumətə pul ödəmək məcburiyyətində qalıblar”” –deyə, Amnesty International Təşkilatının yaydığı yeni hesabatında bildirilir.

Amnesty İnternational təşkilatının son iki həftədə yaydığı ilk hesabatında, İran etirazlarında öldürülənlərin sayı 106 nəfər, ikinci hesabatda 143 nəfər, üçüncü hesabatda isə 161 nəfər göstərilmişdi.

Qeyd edək ki, “Amnesty İnternational”ın yeni hesabatında rejim qüvvələri tərəfindən öldürülən etirazçıların sayı 208 nəfər göstərilsə də, İrandakı şahidlərin və hüquq müdafiəçilərinin yaydığı məlumatlarda bu rəqəm hazırda 500-ü aşıb.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

Mənbə gunaz.tv


Digər xəbərlər


3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...

Prezident “20 Yanvar” faciəsi ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “20 Yanvar” faciəsinin otuzuncu ildönümünün qeyd edilməsi ilə bağlı sərəncam verib Prezident İlham Əliyev «...

Sulutəpə bərbad vəziyyətdədir - Uşaqlar məktəbə belə gedə bilmir (Foto)

Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir. Qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur. Qəsəbə sakinl...

İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı g...