15.12.2019

Azərbaycanda yeni metro stansiyası açılır — Vaxt bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq. 

Bunu sorğuya cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir. 

Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib: 

“Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb  və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur”. 

Mənbə moderator.az


Digər xəbərlər


Bəzi avtobusların hərəkət sxemi dəyişdirilib

Yanvarın 25-dən etibarən 117, 185 və 206 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Gülüstan.info x...

Sabah Bakıda qar yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlandı. Gülüstan.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departa...

Ölümcül virusun Azərbaycanda yayılma riski istisna deyil - RƏSMİ AÇIQLAMA

Çində aşkarlanan sətəlcəmin yeni növünün Azərbaycanda yayılma riski istisna deyil. Gülüstan.info xəbər verir ki, bu barədə Azərbaycanın Baş infeks...

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində TASS agentliyinin baş direktorunun birinci müavini...